Avqustun 15-də Taliban Kabili tutub və bu müddətdə əsasən Qərb mediası və ondan təsirlənən yerli media Talibanın ideologiyasını müzakirə edir. Amma doğrudanmı problem və ya müzakirə olunası məsələ budur?
Əvvəlcə ondan başlayaq ki, Taliban müsəlman dünyasında son 100 ildə mövcud olan siyasi islam – ixvan xəttinin bir elementi, Əfqanıstan versiyasıdır. Yeni mahiyyət etibarilə Əfqanıstanın bundan əvvəlki hakimiyyəti də İslam respublikası idi. İran, Səudiyyə Ərəbistanı və daha bir neçə ölkə var ki, Taliban da onlar kimi İslam şəriətinə istinad edərək hakimiyyət qurmaq istəyir. Əlbəttə, regional, situativ və digər fərqlilikləri nəzərə almaqla Taliban da şəriətçidir o biri şəriət rejimləri kimi. Zahiri problem metodologiyadır, onu da taliblər söz verib ki, dəyisəcəklər.
Bu mövzudan girib müsəlman ölkəsində, müsəlmanlar arasında Talibanı günahlandırmaq mümkün deyil. Bu, bir qədər “mücahid” termininə bənzəri, uzun illər mücahid sözünü terrora sinonim kimi deyəndən sonra ruslar başa düşdü ki, bu əslində qəhrəman deməkdir)
Talibanı ideologiyasına görə tənqid etmək səhv yoldur və əsası zəifdir.
Talibana qarşı əsas arqument onun hakimiyyəti zorla, silah gücünə elə kecirməsidir. İranda, yaxud Səudiyyə Ərəbistanında belə olmayıb. Talibanın indi Əfqanıstanda hakimiyyəti ələ keçirməsi 2014-cü ildə Yəmən husilərinin paytaxt Səna şəhərini ələ keçirməsinə bənzəyir. Amma dünya hələ də onu qəbul etmir, amma Talibani hardasa qəbul etmiş kimidir. Bir müsəlman ölkəsində şəriət gətirmək istəyən təşkilatı buna görə ittiham edə bilməzsiniz, yalnız bir halda əgər bunu, yəni şəriəti zorla, silah gücünə gətirirsə o zaman tənqidiniz tutarlı ola bilər. Taliban mənim nəzərimdə o zaman leqal hakimiyyət ola bilər ki, o seçki və ya referendumla iqtidar olsun, xalq da onları qəbul eləsin, belə halda, yəni silahlı işğalla legitimlik ola bilməz. Başqa sözlə, hansı hakimiyyəti seçmək haqqı Əfqanıstan xalqına verilməlidir. Əsas zəif nöqtə budur, Talibanın ideologiyası deyil.
Kenan Rovshanoglu
Kenan Rovshanoglu: Problem Talibanın ideologiyasındadır, yoxsa metodunda?
396 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.