KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kenan Rovşenoğlu: Səudiyyə Ərəbistanı Yəmənlə barışır

Kenan Rovşenoğlu: Səudiyyə Ərəbistanı Yəmənlə barışır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
311 0

Səudiyyə Ərəbistanı Yəmənlə müharibədə əsir alınmış Husi əsirlərin 168 nəfərini azad edib.
Bu barədə bir neçə həftə əvvəl yazmışdım, Səudiyyə Ərəbistanı Yəmənlə barışır və bunun üçün bir sıra addımlar atılıb. İlkin olaraq Yəmənin devrilmiş prezidenti Mansur Hadi istefaya getdi (göndərildi), ardınca Keçid Şurası adlı qurum yarandı. Və Səudiyyə Ərəbistanında Yəmən barışıq konfransı keçirildi. Düzdür, Husilər –
Ənsarullah – o konfransa qatılmadı. Amma bununla belə sülh prosesinə onlar da dəvət olundu və prosesə onların da qatılması gözlənilir.
Aprelin əvvəlində Yəməndə BMT-nin təşəbbüsü ilə 2 aylıq atəşkəs elan olundu. Ardınca Səna aeroportu 7 ildən sonra açıldı və İordaniyaya ilk reys həyata keçirildi. İndi isə husi əsirlər azad edilib.
Prosesin bu şəkil almasının əsas 3 səbəbi vardı.
Birincisi, müharibə nəticə vermədi və bu səbəbdən də Səudiyyə Ərəbustanı Yəməndə sülh prosesini başlatmağa başladı.
İkinci səbəb ABŞ-ın dəstəyini kəsməsi oldu. Bu Ərəbistanın cəbhədə zəifləməsinə və müharibəsini dayandırmasına səbəb oldu. Çünki mühairbə faktiki olarq nəticə vermədi.
Üçüncü mühüm amil İranla başlayan danışıqlardır. Artıq danışıqların 4 raundu keçirilib İraqda. Belə görünür ki, əsas mövzulardan biri də Yəməndir və bu istiqamətdə müsbət nəticə var. Hər halda proses müsbətə doğru gedir.
Mən Yəmən müharibəsinin ilk günü, yəni 2015-ci ilin martın 26-da da yazmışdım ki, bu müharibənin səbəbi siyasidir. Siyasi reallıq imkan versə tərəflər danışıb dil tapa bilərlər. 1962-ci ildə Yəməndə hərbi çevriliş olub Zeydi İmamət dövləti devriləndə Səudiyyə Ərəbistanı Zeydi İmamı hakimiyyətə qaytarmaq üçün Yəmən ordu göndərmişdi. Demək məsələ dini-məzhəbi deyil, siyasidir. Siyasətdə isə hər zaman dil tapmaq, yola getmək mümkündür.

Kenan Rovşenoğlu Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir