KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kenan Rovşenoğlu: Qərb mediası İmran xanı vurur

Kenan Rovşenoğlu: Qərb mediası İmran xanı vurur

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
28 0

Dünya mediasını izləyirəm. Demək Qərb mediası İmran xanı vurur. Ərəb mediası, xüsusən də Səudiyyə Ərəbistanı mediası vurur. Türkiyə mediası bölünüb, rəsmi media çox az və kiçik xəbərlər verir.

İmran xanın qalıb və ya getməsi qlobal bir hadisə deyil, Pakistanda onsuz da 5 il işləyə bilən baş nazir olmayıb 75 il ərzində. Amma məsələ ondadır ki, Bu adama qarşı korrupsiya və ya rüşvət ittihamı yoxdur. Əsas tələb budur ki, bu adam seçiləndə vəd verib ki, korrupsiyanı ləğv edəcək və ölkə iqtisadiyyatını inkişaf etdirəcək. Belə görünür ki, edə bilməyib. Əslində 220 milyon əhlisi olan, əhalisi kosmik sürətlə artan və təbii sərvəti demək olar ki, olmayan, böyük ordu saxlamağa məhkum ölkədə iqtisadi sıçrayış mümkün deyil. Bunu indiyə qədər kimsə bacarmayıb. Hətta sovet-əfqan müharibəsində Qərb pulları Pakistana axanda belə bunu edə bilmədilər. İndiki sürətli iqtisadi çöküş dövründə təbii ki, bu mümkün deyil.
İmran Xan da bunları bildiyi üçün dirənir. Tərəfdarlarını meydana çağırır, müqavimtə göstərir, mümkün variantlardan istifadə edir. Amma düyməyə basılıb, “qələmi qırılıb”.

Bu arada onu əvəz edəcək mümkün real namizəd iki dəfə baş nazir olmuş və bir dəfə korrupsiyaya görə edama məhkum edilmiş Nəvaz Şərifin qardaşıdır.

Yadımda ikən bunu da yazım. İki il əvvəl bizim bəzi dindarlar İmran Xanı ələ salırdılar. Qeyri-dindarlar isə müdafiə edirdilər. İndi isə tərsinə olub. Dindarlar müdafiə edir, qarşı cinah sadəcə unudub.

Kenan Rovşenoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.