KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kenan Rovşenoğlu : Ermənistanda və Qarabağdakı revanşist qüvvələrə hələ aktiv

Kenan Rovşenoğlu : Ermənistanda və Qarabağdakı revanşist qüvvələrə hələ aktiv

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
309 0

Dünən Hadrutda (Tuğ) və daha əvvəl digər yerlərdə baş verən təxribatların bir neçə səbəbi var.

Birincisi, Vitali Balasanyan, Seyran Ohanyan kimi yaşlı çaqqallar Ermənistanda və Qarabağdakı revanşist qüvvələrə hələ aktiv olduqlarını, müharibəni davam etdirəcəkləri mesajını ötürür. Bu həm də Ermənistanda hakimiyyəti dəyişmək istəyən qüvvələrə dəstəkdir.

İkincisi, Hadrutda toqquşmalar törətməklə ərazini aktiv münaqişə zonasına çevirmək və ermənilərin yenidən bu rayona qayıtmasına nail olmaq, əraziyə Rusiya sülhməramlılarını cəlb etmək istəyirlər.

Üçüncü məqsəd görünür, Azərbaycan hökuməti azərbaycanlıların Xankəndi və Xocalıya qayıtması ilə bağlı tələblərinə cavab olaraq Hadrut məsələsini ortaya atmaqla cavab verirlər. Yəni Xocalıya azərbaycanıllar qayıdırsa, o zaman Hadruta da ermənilər qayıtsın.

Bu provokasiyaların beynəlxalq siyasi tərəfi rusların marağındadır. Çünki münaqişənin indiki vəziyyətində rusların mövqeyi zəifləyir. Hazırda Paşinyan Ermənistanda hakimiyyətini qoruyub saxlayır. güman ki, Baydenin dövründə daha da möhkəmlənəcək. Paşinyan özü də bunda maraqlıdır. Ermənistanın hava xəttini Azərbaycan və Türkiyə üçün açması buna işarədir. Ümumiyyətlə, hazırda Avrasiya regionu yeni ABŞ prezidentinin gəlişinə hazırlaşır. Türkiyə-İsrail yaxınlaşması, Rusiyanın narahatlığı (Qazaxıstana ərazi iddiası) bunun əlamətləridir. Güman olunur ki, Bayden zamanında Türkiyə ilə ABŞ yaxınlaşacaq və Türkiyə Cənubi Qafqazda və Mərkəzi (Orta) Asiyada fəallaşacaq. Yəni başqa sözlə, Qafqazın hər 3 respublikası Rusiyanın orbitindən çıxa bilər.

Bu səbəbdən də Rusiya hiyləgər siyasət yeridərək indi Qarabağda separatçı terrorçuları (hazırda müharibə olmadığı üçün onlar terrorçu hesab olunur) qızışdırır və digər tərəfən, beynəlxalq aləmə Qarabağ münaqişəsinin həllini təklif edir. Keçən həftə Matvienko və Zaxarovanın açıqlamaları, Rusiyanın BMT və ATƏT-i münaqişənin həllinə dəvət etməsi buna işarədir. Yəni Rusiya göstərməyə çalışır ki, Azərbaycan ATƏT-in Minsk Qrupunu rədd edir, amma Moskva Qarabağ münaqişəsini beynəlxalq çərçivədə həllini istəyir. Bununla da Azərbaycanı çətin vəziyyətdə qoymaq, beynəlxalq danışıqlarda təbii ki, öz nəzarəti altında yeni danışıqlar və siyasi proses başlatmağa çalışır. Bu isə indi Azərbaycana lazım deyil. Rusiya həmişə olduğu kimi hiyləgər və çoxbaşlı oynayır, bu oyun isə digər münaiqşələrdə də gördüyümüz kimi, qarşı tərəfi rahat tora sala bilir. Ona görə də Bakı çox ehtiyatla davranır. Amma bu provokasiyalar qarşısında sərt və ciddi cavab verilməsə, vəziyyət daha da pisləşə bilər. Ona görə də indi yeganə yol, erməni terrorçularını sərt cəzalandırmaq, mövqelərdən istənilən şərtlərdə olsa da geri çəkilməmək. həbs olunan silahlıları mühairbə qanunu ilə deyil, sülh dövrünün qanunları ilə terrorçu kimi cəzalandırmaq lazımdır. Çünki mühairbə artıq başa çatıb və təxribatçılar hərbi əsir sayılmır. Onlar Rusiyanın da tanıdığı kimi Azərbaycan vətəndaşıdır və Azərbaycan ərazilərində terror-təxribat cəhdinə görə sərt cəzalandırılmalıdır.
Kenan Rovşenoğlu Kafkassam Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir