GKRY neden panikledi?

Erdoğanı İstanbul’un boğazında sevenlerle Ankara’nın ayazında sevenlerin Referandum Mücadelesi!

Suriye’nin geleceği: Biz konuşurken onlar düşünüyorlar

Узнал о подписании из прессы – президент Армении

Kenan Rovşenoğlu: Cümə günü İranda prezident seçkiləri

İran 17 Haziran 2021
35
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Artıq 7 namizəddən ikisi – islahatçı Möhsil Mehrəlizadə və mühafizəkar Əli Rza Zakani namizədliyini geri götürüb. Zakani namizədliyini İbrahim Rəisinin xeyrinə geri çəkdiyini bildirib.

Hazırda 5 namizəd var. Düzdür seçkilərə də daha bir nəfərin də geri çəkilməsi mümkündür. Amma böyük ehtimalla 5 nəfərlə seçkiyə gedəcəklər. Əsas namziədlər mühafizəkar qanaddan İbrahim Rəisi və Səid Cəlilidir. İslahat qanadını isə yeganə namizəd Əbdünnasir Hemməti təmsil edir. Səid Cəlili daha xarizmatik və siaysət təcrübəsi olan biri kimi xarakterizə olunsa da, mühafizəkar camiənin əsas namizədi İbrahim Rəisidir.
İslahatçılar isə Hemmətini seçdirməyə çalışacaqlar. Amma indiki şərtlərdə islahatçılar mühafizəkar qanad qarşısında xeyli zəifdirlər. Həm son 8 ildə hökumət onlarda olub, dolayısı ilə ölkənin iqtisadi və sosial-siyasi vəziyyətə görə cavabdehdirlər. İkincisi də hakimiyyətin bütün qollarında mühafizəkarlar güclüdür, islahatçılara şans tanımazlar. İslahat qanadının ümidi mühafizəkarların səslərinin Cəlili və Rəisi arasında parçalanması, eləcə də azərbaycanlıların dəstəyi və Rəisinin zəif performansınadır. Amma düşünürəm ki, bu, həlledici olmayacaq. Amma yenə də seçki gününə qədər birmənalı hökm vermək olmaz.

Kenan Rovşenoğlu

Yorumlar