KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kenan Novruzov: Yeni dünya nizamında Azərbaycanın yeri və rolu: ciddi imkanlar yaranacaq

Kenan Novruzov: Yeni dünya nizamında Azərbaycanın yeri və rolu: ciddi imkanlar yaranacaq

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
315 0

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziyalara müsahibəsində Azərbaycanın yeni dünya düzənindəki rolundan danışıb. Dövlət başçısı bizim müasir dünya nizamında təşəbbüs göstərən ölkələrdən biri olacağımızı deyib. Prezident bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək.
Dünya düzənin sürətlə dəyişməsi göz önündədir. Bu, özünü hər şeydən əvvəl qütbləşmədə göstərir. Müxtəlif güc mərkəzləri bir- biriləri ilə yarışır və təkqütblü dünya yaratmağa çalışırlar. Xüsusilə Rusiya, ABŞ və Çinin rəqabəti diqqət çəkir. Bu üç dövlət ambisiyalarını həyata keçirmək uğrunda özlərinə müttəfiq toplayırlar. Ancaq təcrübə göstərir ki, konkret tərəf seçmək uğursuzluğa aparır. Daha yaxşı variant hibrit xarici siyasət yetirməkdir ki, Azərbaycan da bunu çox yaxşı bacarır. Hazırda bizim bir çox dünya dövlətlərindən fərqli olaraq, həm Rusiya, həm ABŞ, həm də Çinlə münasibətlərimiz yüksək səviyyədədir. Və bu, bizə lazımi məqamlarda lazımi manevrləri etməyə imkan verir.
İkincisi, bizim qonşularımız, xüsusilə qardaş Türkiyə və Rusiya ilə çox yaxşı münasibətlərimiz var. Bir neçə il əvvəl həmin dövlətlər arasındakı münasibətlər, az qala, müharibə həddinə çatmışdı. Ancaq məhz Bakının vasitəçiliyi ilə indi Ankara və Moskva bir çox məsələlərdə bir- birilərini başa düşür, qarşılıqlı güzəştlərə gedir, əməkdaşlıq edirlər. Bu, Azərbaycanın daha inamlı xarici siyasət kursu üçün olduqca mühüm məqamdır. Şübhəsiz, dostlarımız arasında ziddiyətin olması bizə sərf etməz. İndi Ankara- Moskva əməkdaşlığından təkcə onlar yox, həm də biz qazanırıq.
Üçüncüsü, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə Cənubi Qafqaz regionunda yeni reallıq yaratdı. Beləliklə, Azərbaycan və qardaş Türkiyə bölgədə sülhün təminatçılarına çevrildilər. Bunu qonşularımızla yanaşı, dünya dövlətləri də bilir. Onlar yaxşı başa düşürlər ki, bundan sonra Cənubi Qafqazda əsas oyunçu məhz Azərbaycandandır. Deməli, regionla bağlı istənilən layihə ilk növbədə Bakı ilə müzakirə edilməlidir.
Azərbaycan Vətən müharibəsindəki qələbəsi ilə həm də separatizmdən əziyyət çəkən digər dövlətlər, o cümlədən Gürcüstan və Ukrayna üçün nümunə oldu. Bakı Tbilisi və Kiyevə bir növ “yol xəritəsi” verdi.
Ən mühüm məsələlərdən biri də, şübhəsiz, türkdilli dövlətlər birliyi ilə bağlıdır. Doğrudur, sözügedən ittifaq hələlik lazımi səviyyədə deyil. Ancaq bu birliyin gələcəkdə kifayət qədər samballı quruma çevriləcəyinə və Azərbaycanın orada aparıcı yer tutacağına inam böyükdür.
Beləliklə, yuxarıdakı məqamlara istinadən deyə bilərik ki, Azərbaycan Prezident İlham Əliyevin bildirdiyi kimi, formalaşmaqda olan yeni dünya nizamında əsas təşəbbüskarlardan biri olacaq. Bu isə gələcəkdə bizim üçün daha perspektivli fürsətlər yaradacaq.
Kənan Novruzov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir