Donbasda vəziyyət gərgin olaraq qalmaqdadır. Proseslərin nə ilə nəticələnəcəyini indidən demək çətindir. Ancaq rəsmi Kiyev torpaqlarının ərazi bütövlüyü üçün imkanı daxilində hər şey etməyə hazır kimi görünür. Xüsusilə Prezident Vladimir Zelenskinin bu günlərdə mətbuat konfransı zamanı “Genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı hər gün var” açıqlaması onu deməyə əsas verir ki, Ukrayna fikrində ciddidir.
Deputat Oleq Seminski isə ölkədə hərbi vəziyyətin elan olunması barədə artıq anons verib. Görünür, vəziyyət görünəndən daha kritikdir.
ABŞ rəsmilərinin, o cümlədən Prezident Cozef Baydenin Ukraynanın ərazi bütövlüyü barədə səsləndirdiyi açıqlamalar Kiyevi daha da ruhlandırır. Hətta ABŞ-la Ukrayna arasında “kulisdə” müəyyən razılıqların əldə olunması da mümkündür. Doğrudur, ABŞ, ola bilsin, Ukraynaya görə Rusiya ilə açıq müharibəyə girməz. Amma Krım, Donetsk, Luqansk “kartlarından” yararlanaraq Moskvaya təzyiq göstərmək, onu zəiflətmək Vaşinqtonun strateji maraqlarına tam uyğundur. Çünki indi yeni dünya nizamına formalaşmasında ABŞ- ın əsas rəqiblərindən biri məhz Rusiyadır.
İkinci bir tərəfdən, Ukrayna Rusiyanın çətin duruma düşməsindən istifadə etmək niyyətindədir. Belə ki, şimal qonşumuzun daxili və xarici siyasətində problemlər heç də az deyil.
Əlbəttə, Ukrayna vətəndaşları da ilhaq faktından beziblər. Odur ki, proseslər belə davam etsə, lokal toqquşmalar olsa və sonra birdən- birə “sular durulsa” etirazlar baş verə, mövcud hakimiyyətə təhdid yarana bilər.
Şübhəsiz, Ukraynanın işi Azərbaycanınkına nisbətən daha çətindir. Bunun obyektiv və subyektiv səbəbləri var. Odur ki, Zelenski hakimiyyəti təkcə hərbi yox, həm də diplomatiya cəbhəsində irəliləməlidir. Xüsusilə, ABŞ- la əməkdaşlığı gücləndirmək Ukraynaya ciddi dividentlər qazandıra bilər. İkinci bir tərəfdən isə Gürcüstanla koordinasiyalı hərəkət etmək, oradakı daxili proseslərə müvafiq xarici siyasət yeritmək Kiyevin xeyrinə olar.
Kenan Novruzovkafkassam
Kenan Novruzov: Ukrayna müharibəyə başlayacaqmı?
400 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.