KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kenan Novruzov: bəyanat verdi, Köçəryan Moskvaya getdi…- Nələr baş verir?

Kenan Novruzov: bəyanat verdi, Köçəryan Moskvaya getdi…- Nələr baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
306 0

Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın “Rusiya bizim müttəfiqimiz yox, düşmənimizdir” açıqlaması ciddi müzakirə olunmaqdadır. Bəyanatın mediada yayılmasının ardınca Ermənistanın keçmiş prezidentlərindən, hazırda müxalif liderlərdən biri olan Robert Köçəryan Moskvaya çağırılıb. Özü də onu dəvət edən hakim partiyadır. Rəsmi məlumatlarda Köçəryanın siyasi məsləhətləşmələr üçün Rusiyada olduğu bildirilir. Fikrimcə, bu, hər şeydən əvvəl mövzud Ermənistan iqtidarına mesajdır. Məsələ ondan ibarətdir ki, Paşinyanın Qərbyönümlü siyasət yeritdiyi məlumdur. Çünki Avropa, o cümlədən verilən vədlər, göstərilən maliyyə yardımları ən azı hazırkı situasiyada baş naziri təmin edir. Həmin dəstəklərin verdiyi inamla da Paşinyan əmin addımlar atmağa çalışır. Ola bilsin, onun son vaxtlar Azərbaycan və Türkiyə ilə bağlı səsləndirdiyi loyal bəyanatlar, o cümlədən kommunikasiya xətləri barədə dedikləri Moskvanı narahat edir. Doğrudur, Kreml üçtərəfli bəyanata qol çəkənlərdən, dolayısı ilə sənəddəki şərtlərin icrasına görə məsuliyyət daşıyanlardan biridir. Amma Rusiya həmişəkitək yenə də əməli ilə sözünün üst- üstə düşməməyindən çəkinmir. Şimal qonşumuz “suların tamamilə durulmasında” maraqlı deyil. Çünki bu, Qarabağdakı sülhməramlı mandatına ehtiyac qalmaması və Rusiyanın bölgədəki varlığına son qoyulması deməkdir. Bu mənada Kreml gərginliyin daim qalmasında maraqlıdır. Yəni hazırda Rusiyanın Cənubi Qafqaz siyasəti bir vaxtlar ATƏT- in Minsk Qrupunun bölgə ilə bağlı atdığı addımları xatırladır- bu, qaçış döşəyində qaçmaqdan başqa bir şey deyil. Heç bir halda məsafə qət edilmir.
Rusiya Köçəryanı dəvət etməklə Paşinyana demək istəyir ki, irəli getmə. Baş nazirin bundan sonra daha ehtiyatlı addımlar atacağını güman edirəm. Doğrudur, Moskva üçün Ermənistandakı hakimiyyəti birbaşa dəyişmək o qədər də asan deyil. Amma məhz Köçəryanın əli ilə daxildə xaotik vəziyyət yarada, bəlkə də, çevrilişə nail ola bilər. İstənilən halda Moskva bu və ya digər formada Paşinyanın imicinə təsir etmək gücündədir.
İkinci bir tərəfdən, bəlkə, bu təzyiq Paşinyanın özünə də sərf edir. Çünki o, məcburiyyətdən, sosial sifarişin təsiri ilə yaxınlaşır. Yəni Moskva həm də İrəvanın “əlinə oynayır”. Sabah Paşinyan xalq arasına çıxıb asanlıqla cəmiyyəti inandıra bilər ki, başqa yolumuz yox idi.
Əlqərəz, “sular asanlıqla durulmayaq”. Necə deyərlər, ayının min oyunu bir armudun başındadır. Kreml Cənubi Qafqazda sabitliyin yaranmaması və beləliklə, guya ona ehtiyac var imiş rəyi yaratmaqdan ötrü əlindən gələni edir və yəqin ki, uzun müddət edəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir