Azərbaycan – Tehran əlaqələrindəki faktiki gərginlik pik həddindədir . Hər keçən gün narazlığın artdığının şahidi oluruq . Qarşılıqlı ittihamlarlar davam edir . Ən əsasıda budur ki, Azərbaycan və Tehran hazırkı duruma görə günahı qarşı tərəfdə axtarır . Ola bilsinki , bu səbəbdən ikitərəfli münasibətlərdə mövcud ziddiyyətlər daha da artırır. Beləki , Tehran Azərbaycan – İsrail əlaqələrindən narahatlığını bildirir . İran hökuməti düşünür ki , İsrail onun şimal sərhədlərində möhkəmlənərək fars molla rejiminin sonunu gətirəcək . Məlum olduğu kimi rəsmi Tehran ” din pərdəsi ” altında gizlənərək islam coğrafiyasında və ümumiyyətlə dünyada terroru , separatizmi və narkomaniyanı təbliğ edir və bu üç vasitədən məharətlə istifadə edir . Beynəlxalq aləmin mübarizə apardığı terror , separatizm və narkomaniya fars molla rejiminin yaşam mənbəyidir . Əslində bunun tarixi ənənəsi var .
Fars ruhunda narkotika .
Fars inancında savaşdan əvvəl narkotik maddələrin qəbulu məqbul hesab edilir . Tarixi fars zorastr təlimində bəhram tanrısının Haoma (hind dinində bu içkinin adı Saoma) adlanan bihuş edici içki içilməsi məlumdur . fars düşüncəsində Haoma içkisi insan ruhunu gücləndirərək ona cəsarət verir . Bəhramın farslara miras qoyduğu bu içki inək südü ilə narkotikanın qarşığından hazırlanır . Farslar islam dinini qəbul etsələrdə mənəvi dəyərlərini unutmamış və Haomaya olan inamlarını bu gündə saxlayırlar .
Fars milli düşüncəsində terror .
Həsən əs Sabbah və onun tərəfdarları ilk baxışdan islam dinini təbliğ etsələrdə əslində din pərdəsi altında onların riyakar məqsədləri var idi . Beləki , onlar bütün dini ayinlərini farsca aparır və əslində islam pərdəsi altında əski sasani fars dövlətni və ideologiyasını yenidən bərpa etməyə çalışırdılar . Alamut qalasını özünə mərkəz seçən fars həşişilər terror vasitəsi ilə özlərinə rəqib olan hər kəsi qətl edir və törətdikləri terroru dini cəhətdən əsaslandırmağa çalışırdılar . Həşişilər arasında terrorçulara fədailər deyirdilər ki , bu şəxslərdə uyuşdurucunun təsiri aıtında Həsən əs Sabbah və ondan sonra olan həşişi başçılarının əmri ilə müxtəlif insanları öldürürdülər . Əski həşişi düşüncəsini islamlaşdırmış iran fars mollaları bu gündə həmin metodlardan istifadə edir .
Fars fransız birliyi .
1103 cü ildə Həsən əs Sabbah tərəfindən Nizari ismayıllı təşkilatının başına fars kökənli Əbu Tahir əs Sayiq gətirildi . 1109 – 1113 cü illərdə Mosul səlcuk atabəyi olan Mövlud İbn Altuntaş 1110 cu ildən etibarən bir zamanlar xaçlı franklar ( fransızlar ) tərəfindən işğal edilmiş əraziləri azad etmək üçün onlara qarşı yürüşlər təşkil etməyə başladı . Lakin Səlcuk Türk sərkərdəsini frank xaçlıları islam dini adı altında gizlənmiş Həsən əs Sabbahın əli ilə qətlə yetirdilər .
Bu gün tarix təkrarlanır . Regionda ermənistan üzərindən fransız fars birliyinin şahidik . Beləki , İranın ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri fransız silahlı birləşmələrinin Ermənistan – Azərbaycan sərhədinə gəlməsini məqbul hesab edir . Həmçinin ölkəmizi açıq şəkildə təhdid edir . Tehran diplomatı məlum fikiri ilə təmsil etdiyi fars hökumətinin iç üzünü bir daha sübut etmiş oldu.
Kelam Hüseynov