KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Bakı Rusiyanın Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR-ı Qarabağa niyə buraxır?

Turan Rzayev: Bakı Rusiyanın Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR-ı Qarabağa niyə buraxır?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
134 0

Rusiya Qarabağ erməniləri üçün ərzaq dolu TIR göndərir. İndiki məqamda bu mühüm və müsbət bir addımdır:

Birincisi, təşəbbüs Rusiya hökumətindən gəlsə də Azərbaycan ilə müvafiq danışıqlar aparıldıqdan sonra icazə verilib. Müqayisə üçün deyim ki, nə Ermənistan, nə də Fransa Qarabağ erməniləri üçün ərzaq dolu TIR göndərərkən bənzər icazəni almamış buna görə də rəsmi Bakı həmin TIR-ın Azərbaycana girişinə icəzə verməmişdi.

İkincisi, Rusiyanın göndərdiyi TIR Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən Xankəndiyə gedir.
Yəni Rusiya təkcə Azərbaycan qanunvericiliyinə deyil, həm də əməkdaşlıq memorandumuna əsasən bu yardımı edir.

Üçüncüsü, Rusiyanın göndərdiyi TIR Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılacaq. Bu rəsmi Bakının başından bəri irəli sürdüyü əsas şərt idi. Yəni humanitar yüklər Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə çatdırıla bilər.

Fransa və Ermənistan da Azərbaycana müraciət edəcəkləri təqdirdə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə humanitar yükləri Xankəndiyə göndərə bilər.
Bu hadisə ermənilərin blokada iddialarını çürütdüyü kimi Bakının verdiyi sözlərə sadiq olduğunu bir daha sübut edir.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir