KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kanal Aliyev: Marin Le Penin Fransa prezidenti seçilmə ehtimalı nə qədərdir?

Kanal Aliyev: Marin Le Penin Fransa prezidenti seçilmə ehtimalı nə qədərdir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
66 0

Marin Le Penin Fransa prezidenti seçilmə ehtimalı nə qədərdir?

Fransada keçiriləcək prezident seçkilərinin ikinci turu bir sıra mətləblərə aydınlıq gətirəcək.

Fransada keçirilən prezident seçkilərinin birinci turunda radikal sagçı,populist siyasətçi Marin Le Pen 27,16,hazırki dövlət başçısı Emanuel Makron isəb26,84% səs qazanıb.

Hər şey ikinci turda məlum olacaq.Lakin 12 namizədin yarışdıgı Fransadakı prezident seçkilərində əsasən millətçi və mühafizəkar namizədlər irəlidə görünür.

Xüsusilə,Erik Zemmur və Valeri Pekressin seçiciləri ikinci turun nəticələrinə təsir göstərə bilər.Radikal solun təmsilçisi,prezidentliyə namizəd Jan-Luk Melenxonun qazandıgı 20,1%-lik seçici elektoratının ikinci turun talehini həll edəcəyini düşünürəm.

Troçkist namizədlər olan Natali Artaud və Filip Poutu ardıcıl olaraq,0,8 və 0,7% səs toplayıblar.Kommunist Fabien Russel isə 2,7% səs toplamagı bacarıb.

Zənnimcə,fransız solu milliyyətçi və konservativ namizədə deyil,E.Makronun liberal “Le Manş”hərəkatına səs verəcək.Bu gün Fransada faktiki olaraq,atlantikçi qlobalistlərlə fransız milliyyətçiliyinə sadiq,Şarl De Qoll-Fransua Mitteran xəttinə tərəfdar olanlar arasında ciddi siyasi rəqabət mövcuddur.

Sagçı və milliyyətçi Marin Le Pen Fransanın Avropa İttifaqını tərk etməsinə(Franceexit)tərəfdarıdır.E.Makrondan fərqli olaraq,Le Pen birmənalı olaraq Avropa Ordusunun yaradılmasına çagırışlar edir.Eyni çagırışı bir müddət əvvəl E.Makron da edirdi,lakin Ukrayna bphranından sonra o,NATO Avropanın təhlükəsizlik arxitekturası üçün daha məqbul olduguna qənaət gətirdi.

Ən maraqlı məqamlardan biri isə budur ki,xanım Marin Le Pen Rusiya prezidenti Vladimir Putinlə yenə dost olmagın vacibliyindən danışır və E.Makronun özünü ABŞ-ın siyasətinə qurban verdiyini deyir.

Qeyd edim ki,Macarıstanda mühafizəkar,milliyyətçi Viktor Orbanın antiqlobalist koalisiyasının qalib gəlməsindən sonra Fransada da Marin Le Penin prezident seçilməsi ehtim alı ABŞ-ın liderlik etdiyi Atlantik sistem üçün arzuolunmaz siyasi nəticə ola bilər.Rusiya-Ukrayna müharibəsi davam etdikcə,Avropada iqtisadi staqnasiya müşahidə olunduqca,bu,daha çox populist,milliyyətçi və antimiqrant siyasi liderlərin işinə yarayır.

Təbii ki,koranavirus pandemiyası və onun səbəb oldugu iqtisadi nəticələr də Avropadakı mövcud iqtidarların reputasiyasına mənfi mənada təsirsiz ötüşmür.

Kanal Aliyev DxKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.