İsrail tarixində ilk dəfə kəşfiyyat şefi vəzifədən uzaqlaşdırılır. İsraildə etirazlar başladı.
Ümumilikdə dünya qlobal turbulans zonaya daxil olub və bir çox ölkələrin daxilində siyasi gərginlik sürətlə artmaqdadır. Sıra İsrailə də çatıb. Nə baş verir?
16 martda Netanyahunun qalmaqallı video müraciəti yayıldı. Netanyahu bəyan etdi ki, Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar “etimadsızlıq” səbəbindən vəzifədən uzaqlaşdırılacaq. 20-sindən 21-nə keçən gecə İsrail hökuməti(və parlamenti) Ronen Barın vəzifədən uzaqlaşdırılmasını təsdiqlədi. Dərhal sonra İsrail Ali Məhkəməsi bu qərarı dondurdu. Ronen Bar isə öz növbəsində bəyan etdi ki, bu qərarın birmənalı olaraq siyasi motivləri var.
Məsələ ondadır ki, keçən ayda İsrailin Baş Prokuroru Qali Baharav-Miara ŞABAK-a(Ronen Bar) və İsrail polisinə bir çox hökumət nümayəndələrinə qarşı istintaqın başlatmasını tapşırmışdı(təbii ki, istintaq Netanyahunu hədəfə gətirəcək).
İstintaqın başladılmasından sonra Netanyahu təkcə ŞABAK-ın rəhbərini hədəfə almadı, həm də Baş Prokuroru hədəfə aldı, hal-hazırda o da vəzifədən uzaqlaşdırılma təhlükəsilə üzləşir.
İsraildə Ronen Bara dəstək olaraq kütləvi mitinqlər keçir, müxalifət və vətəndaş cəmiyyəti ŞABAK-ın rəhbərini dəstəkləyir.
Prosesin inkişafını diqqətlə izləyəcəyik.