KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Alyev : Finlandiya NATO qərarını verdi.Rusiya ikinci cəbhəni açarmı?

Kamal Alyev : Finlandiya NATO qərarını verdi.Rusiya ikinci cəbhəni açarmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
316 0

Bir müddət əvvəl İsveç NATO-ya üzvlük müraciəti edəcəyini bəyan etmişdi.Daha sonra başqa bir nordik ölkəsi-Finlandiya da Rusiya təhlükəsinə qarşı Şimali Atlantika Müqaviləsi Təşkilatına müraciət edəcəyini elan etdi.

Bu gün Finlandiya prezidenti Sauli Niinistö dedi ki, ölkəsi NATO-ya üzv olmaq üçün rəsmi müraciət edəcək.S.Niinistö deyib ki,bu,Rusiya təhlükəsinə qarşı vacibdir.Rusiya isə İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəklərini hiddətlə qarşılayır və bəzi rusiyalı deputatlar bu ölkələrin vurulacagını deyirlər.Görünür,Qərb dövlətləri Rusiyanın Ukraynada 3 aydır davam etdirdiyi qanlı müharibəni Avropanın daxilinə dogru genişləndirə biləcəyini proqnoz edirlər.
Şübhəsiz ki,bu kontekstdə “zəif bənd”İsveç və Finlandiya kimi nordik ölkələrdir.Əvvala,hər iki nordik ölkə NATO üzvləri omadıgına görə,Moskvanın hədəfinə rahat çevrilə bilərlər.Rusiya isə onu düşünür ki,onun Finlandiya ilə 1300 km sərhədi var və gələcəkdə NATO bu ərazidə öz nüvə silahlarını yerləşdirə bilər.

Təbii ki,V.Putin Finlandiya və İsveçin bu istiqamətdə qərar verəcəyini bilirdi.Ona görə də,Rusiya Finlandiya və İsveçi NATO-ya daxil olmadan əvvəl vura bilər.Belə bir ciddi təhlükə var.Keçən dəfə də yazdıgım kimi,Rusiyanın hədəfində İsveçin Qotland adası,Finlandiyanın isə mühün strateji obyektləri ola bilər.Hər halda,Finlandiyanın Rusiya ilə uzun sərhəd zolagı var.Üstəlik,İsveç və Finlandiyanın orduları Ukrayna silahlı qüvvələrindən güclü deyil.

Buna rəgmən,Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsində Türkiyə faktoru da var.Türkiyə prezidenti Ərdoganın da dediyi kimi,Skandinaviya ölkələrində PKK-PYD,DHKP-C və FETÖ kimi terror təşkilatları var.Mən güman etmirəm ki,Türkiyə bu ölkələrin NATO üzvlüyünü veto edəcək.Lakin türklər adı çəkilən təşkilatların bu ölkələrdə fəaliyyətinin dayandırılmasını istəyir.Xüsusilə,İsveçin PYD(PKK-nın Suriya filialı)-yə təkcə ötən il 200 milyon avrodan çox yardım etdiyi məlumdur.

Ümumiyyətlə,beynəlxalq münasibətlərdə mənafelər,dövlətlərin strateji çıxarları ön planda olur.Hətta bu gün Finlandiya prezidenti S.Niinistö dedi ki,o,Türkiyə prezidenti R.T.Ərdoganla müzakirə aparacaq.Finlandiya Türkiyə ilə bir konsensus əldə etmək istəsə də,İsveç bir az “dikbaşlıq”edir.Lakin Stokholm da yola gəlməyə məcburdur.Ya yola gələcəklər,ya da ruslara yem olacaqlar.

Kamal Alyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir