KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev:”Vaşinqton sənədi”Azərbaycan üçün məqbuldurmu?

Kamal Aliyev:”Vaşinqton sənədi”Azərbaycan üçün məqbuldurmu?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
214 0

Əvvəlcə ondan başlayaq ki,hələ ki,Qarabag probleminin yekunu həllini özündə ehtiva edən iki çözüm formulu var:”Vaşinqton sənıdi”və “Moskva variantı”.Kremlin təklif etdiyi çözüm variantı aşagı-yuxarı bu şəkildədir ki,Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyənləşir,regional nəqliyyat kommunikasaları(Zəngəzur korudoru daxil olmaqla)açılır.Lakin Rusiyanın təklif etdiyi həll variantının “qeyri-müəyyən”punktu budur ki,Qarabagın statusunun müəyyən edilməsi gələcəyə saxlanılır.Bunun açması budur ki,Yuxarı Qarabagda yerləş(diril)miş “sülhməramlı”kontingent 2025-ci ildə ərazidən çıxmayacaq.Və bu variant birbaşa olaraq Rusiya Federasiyasının Cənubi Qafqazdakı geosiyasi hədəfinin reallaşması deməkdir.Dogrudur,rus prezident V.Putin Valday Diskussiya klubunda dedi ki,əgər ermənilər və Ermənistan hökuməti Qrabagın statusunun “Vaşinqton sənədi”nə görə həllini istəyirsə,Rusiya bu çözüm formulunu dəstəkləyəcək.Lakin V.Putin hiyləgərcəsinə onu da deyir ki,Vaşinqtonun(oxu:Qərb)təklif etdiyi həll layihəsində Azərbaycanın Qarabagın üzərində suverenliyi tanınır və bu problemin “özünəmıxsus”xüsusiyyətləri var.Putin digər tərəfdən onu da deyir ki,bu istiqamətdə Azərbaycanın da razılıgı alınmalıdır.Gördüyünüz kimi Putin ikibaşlı danışır;həm Paşinyanı təhdid edərək onu erməni xalqı ilə üz-üzə qoymaq istəyir,Azərbaycana isə hiyləgərcəsinə deyir ki,Qarabagdakı ermənilər üzərində mənim nüfuzum var, düşünmə ki,2025-ci ildə mən regiondan gedəcəyəm və bölgə sənin yurisdiksiyana tabe olacaq.Əl qərəz,Putin Əliyev və Paşinyana hədə gəlir və şüurlu şəkildə deyir ki,məni ciddiyə alın yoxsa…

Deməli,”Vaşinqton sənədi”və Kremlin təklif etdiyi həll variantlarının birində 11,digərində isə 16 bənd var.Lakin Qərbin təklif etdiyi sənəddə(buna Blinken-Mişel sənədi də deyirlər)xalqların öz müqəddaratı ilə baglı konkret maddə yoxdur.Və bu dolayı yolla Qarabag üzərində Azərbaycan suverenliyi demıkdir.Şübhəsiz ki,Qərbin təklif etdiyi sənəddə Qarabagdakı ermənilərin mədəni muxtariyyəti dili,adət-ənənələri kimi nüanslar da nəzərə alınacaq.Amma mahiyyət budur ki,Qarabag erməniləri üzərində Bakının suverenliyi hüquqi olaraq tanınır.Bu,prinsipcə pozitiv qəbul olunur.Hələ ki,”Vaşinqton sənədi”nin səhih oldugunu bilmirik.Qarabagdakı ermənilərə gəlincə,onlar təbii ki,Rusiyanın nəzərdə tutdugu həll variantını müdafiə edirlər.Çünki rusların variantında ən azından status məsələsi dondurulur və ən başlıcası,rus sülhməramlıları qeyru-müəyyən müddət üçün Qarabagda qalacaq.Digər tərəfdən,Paşinyanın bugünki həm atdıgı tvitə,həm də açıqlamalarına nəzər yetirsək görərik ki,o,sentyabr ayında Rusiyanın təklif etdiyi həll formatına müsbət yanaşır və oktyabrın 31-də Soçidəki görüşdə təqdim olunan sənədi imzalayacaq.Bu gün KTMT-nin onlayn formatda keçirilən konfransında da Paşinyan Rusiyaya qarşı son zamanlar səsləndirdiyi sərt bəyanatları yumuşaltdı.Sanki bir az öncə Rusiyaya meydan oxuyan Paşinyan 180 dərıcı dəyişərək həm üslubunu,həm də tonunu dəyişdi.Əlbəttə,biz Paşinyanın ziqzaqlı siyasi gedişlərinə aludəyik və istisna etmirik ki,o,Soçidən qayıdan sonra necə deyərlər valı dəyişəcək.Amma və lakin bir məqam aydındır ku,Paşinyan Ermənistanı Rusiyanın təsir orbitindən çıxarıb demokratik Qərbə inteqrasiya etmək üçün siyasi risqləri nəzərə alıb.Çünki Paşinyanın hakimiyyətə gətirilməsinin əsas məqsədi elə Ermənistanın Rusiyanın təsir orbitindən çıxarmaqdır.
Bu nöqteyi-nəzərdən “Vaşinqton sənədi”həm də Ermənistanın Qərbə inteqrasiyasının mənasıdır,mahiyyətidir.Ancaq proses olduqca mürəkkəbdir və Rusiyanın hansı preventiv addımlara əl atacagını proqnozlaşdırmaq da çətin deyil.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir