KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev:Türkiyə Azərbaycan-İran gərginliyində niyə susqunluq nümayiş etdirir?

Kamal Aliyev:Türkiyə Azərbaycan-İran gərginliyində niyə susqunluq nümayiş etdirir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
201 0

Aylardır,hətta belə demək mümkünsə,2020-ci ildə Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsindən sonra Bakı-Tehran xəttində vəziyyət gərgindir;tərəflər arasında qarşılıqlı güvənsizlik,ittihamlar var.Bakı Tehranı Ermənistana dəstək verməkdə,Zəngəzur koridoruna qarşı olmaqda,Azərbaycanın ikinci Qarabag müharibəsindəki qələbəsini həzm etməməkdə günahlandırır.
Tehrana gəldikdə,rejim iddia edir ki,Azərbaycan İsraillə yaxınlaşaraq öz ərazisində İrana qarşı “sionistləri”geniş imkanlarla təmin edir.
Ötən həftə Tehranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilmiş terror aktı bardagı daşıran son damla oldu.Çünki indiyəcən İran və Azərbaycan arasında dəfələrlə ciddi problemlərin yaşanmasına baxmayaraq,vəziyyət indiki kimi olmamışdı.
Digər tərəfdən,rejimi narahat edən əsas məqam əslində Azərbaycan-Türkiyə tandeminin yaranması və Şuşa Bəyannaməsinin imzalanmasıdır.Rejim hesab edir ki,Türkiyə-Azərbaycan tandemi “pantürkizm”ideologiyası ətrafında formalaşıbbvə bu,gələcəkdə İrandakı azərbaycanlılar arasında separatizmi körükləyə bilər.Düşünmək mümkündür ki,rejimin çəkindiyi mıqam elə budur.
Diqqət etsək görərik ki,son aylar Azərbaycan-İran xəttində davam edən gərginlik kontekstində Türkiyə daha çox izləmə mövqeyindıdir və yaxud susqunluq nümayiş etdirir.Dogrudur,Tehrandakı terror aksiyasından sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoglu hadisəni pislədi,Azərbaycanla həmrəylik nümayiş etdirdi,ancaq Ankara hələ də ehtiyatlı davranmaga üstünlük verir.

Maraqlıdır,həm də paradoksaldır ki,Ankara Bakı-Tehran gərginliyində niyə susqun mövqe sərgiləyir?

Bu sualı aşagıdakı kimi interpritasiya etmək olar…

1-Türkiyədə may ayında prezident və parlament seçkiləri keçiriləcək.Hal-hazırda,Ankara-Vaşinqton,Ankara-Brüssel xəttində münasibətlər yolunda getmir.Son olaraq,başda ABŞ və Böyük Britaniya olmaqla,8 qərb ölkəsi Türkiyədəki konsulluqlarını terror təhlükəsi səbəbindən müvəqqəti olaraq baglayıblar.Şübhəsiz ki,bu,Ankara tərəfindən şiddətlə qınanıb və türk hökuməti hesab edir ki,qərb ölkələrinin bu addımı Türkiyədə keçiriləcək kritik seçkilərə hesablanıb.Hətta məsələnin dərinliyinə nüfuz edən bəzi türk analitiklərə görə,Qərbə Ankaradan Rusiyaya qarşı konkret mövqe sərgiləməyi tələb edir və ondan sanksiyalara qoşulmagını istəyir.Və bu kontekstə Ankara Bakı-Tehran gərginliyində nisbətən susqun qalmagı tərcih edir.Yəni,Ankara Qərblə münasibətlərin rəvan olmadıgı bir mərhələdə,İranla da qarşı-qarşıya gəlmək istəmir.

2-Türkiyə,Rusiya və İran Suriya böhranı məsələsində “Astana Formatı”çərçivəsində fəaliyyət göstərirlər.Halbuki,Rusiya və İran Bəşər Əsəd rejimini,Türkiyə isə sivil müxalifəti dəstəkləyir.Lakin hər üç ölkə Suriyanın ərazi bütövlüyündən yanadırlar.Belə ki,Rusiya,Türkiyə və Suriya müdafiə nazirləri bir dəfə Moskvada görüşüblər.Bu nöqteyi-nəzərdən,Türkiyə İran-Azərbaycan gərginliyinə müdaxilə etmək istəmir və maksimum diqqətlə prosesləri izləyir.

3-Onu da vurgulayım ki,Ankaranın Azərbaycan-İran gərginliyində susqun mövqe sərgiləməsinin başqa səbəbi də var.Türkiyə hesab edir ki,son 30 ildə Bakı-Tehran xəttində dəfələrlə qarşılıqlı ittihamlar yaşanıb və bu da onlardan biridir.Hətta belə demək mümkünsə,Ankara Azərbaycan-İran gərginliyinin süni və situativ oldugu qənaətinə gəlib.Türk dövləti belə proqnoz edir ki,Azərbaycan və İran arasında gərginlik hər iki ölkənin hökumətlərinə indiki məqamda sərf edir bə bütün bunlar konyuktura xarakteri daşıyır.Bu baxımdan,Ankara İran və Azərbaycan arasındakı narazılıqların müvəqqəti xarakter daşıdıgını və bir müddət sonra yekunlaşacagını düşünür.

Yeri gəlmişkən,1639-cu il Qəsri-Şirin müqaviləsindən sonra Türkiyə və İran arasında indiyəcən nə müharibə baş verib,nə də sərhədlər dəyişib.Həm Tehran,həm də Ankara qarşı-qarşıya gəlmək əvəzinə,daha çox rəqabət etməyə üstünlük verir.
Eyni zamanda,Ankara Rusiya-Ukrayna müharibəsi kontekstində Tehranın Moskvaya silah-sürsad verdiyini və bu ölkə ilə sıx əlaqələr qurdugunu da bilir.Iş ondadır ki,Türkiyə-Rusiya münasibətləri də normaldır.Belə olan təqdirdə,Ankaranın Azərbaycan-İran gərginliyində “müşahidəçi”mövqeyində oldugunu anlamaq mümkündür.
Üstəlik,Türkiyədə qarşıdan gələn seçkilər olduqca kritik xarakter daşıyır və Ərdogan özü üçün əlavə problemlər yaratmaqdan qaçır.

Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir