KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev:Soçi bəyanatı Azərbaycan üçün faydalıdırmı?

Kamal Aliyev:Soçi bəyanatı Azərbaycan üçün faydalıdırmı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
236 0

Soçidə bu gün baş tutan Putin,Əliyev və Paşinyan üçtərəfli görüşündən sonra qəbul edilən bəyanatı şərh etməzdən əvvəl onu deyək ki,rus prezidentə görə tərəflər bütün məsələlərdə razılıq əldə etməyiblər.Güman edirəm ki,razılıq əldə edilməyən məsələlərdən biri də Paşinyan Qarabagdakı rus hərbçilərinin mandatının 15-20 il müddətinə uzadılması haqqında təklifi olub.Bundan əlavə,o da mümkündür ki,Zəngəzur dəhlizinə kimin nəzarət etməsi də narazılıq elementlərindən biri olub.Yeri gəlmişkən,erməni baş nazir N.Paşinyan sragagün partiyasının qurultayında demişdi ki,onlar Azərbaycanla kommunikasiya əlaqələrinin açılmasını istəyirlər,lakin Zəngəzur koridoru üzərində kontrol Ermənistana aid olmalıdır.Yəni bu,o deməkdir ki,Paşinyan Zəngəzur dəhlizi məsələsində eksteritoriallıq anlayışını qəbul etməyəcək.Şübhəsiz ki,bunlar mənim gümanlarımdır.Amma bir punktu xüsusilə ifadə etmək istərdim ki,Zəngəzur dəhlizi məsələsi olduqca mürəkkəb və ziddiyətli xarakter almaga başlayıb.Əlbəttə,İranın da Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinə münasibəti hamıya məlumdur.
Konkret olaraq Soçi bəyanatına gəldikdə,əvvəlcə ona vurgu etməkdə yarar var ki,mətn daha çox ümumi ifadələrdən ibarətdir,əvvəlki deklarasiyaların təkrarıdır.Yəni bugünkü Soçi bəyanatında yeni və konkret bənd yoxdur.Lakin bu gün qəbul olunan bəyanatda “Qarabag”,”status”kimi ifadələrin yer almaması təsəlli ola bilər.Hər halda,Azərbaycan hökumətinin nəzarətində olan media “status”və “Qarabag”sözlərinin bəyanatda olmamasını “ugur”kimi göstərir.Onu da qeyd edim ki,Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə keçirilən görüşlərdə də “Qarabag”və “status”sözlərinə yer verilməmişdi.

Soçi bəyanatında diqqətimi çəkən məqamlardan biri də Qarabag ərazisində yerləşdirilmiş “sülhməramlı”rus hərbi kontingentinin ərazidə təhlükəsizliyin təmin edilməsindəki verdiyi töhfənin qeyd edilməsidir.Açıq deyim ki,bu bənd absurddur.Ona görə absurddur ki,oktyabrın 30-Xankəndidəki mitinqin təşkilatçılarından biri də Qarabagdakı rus hərbçilərinin komandanı general-mayor Andrey Volkov idi.Yerevandan Xankəndiyə gətirilən minlərlə ermənini Laçın dəhlizindən keçməsnə də imkanı Volkovun “sülhməramlı”hərbçiləri yaradıb.

Soçi bəyanatında o da yazılıb ki,tərəflər bir-birinə güc tətbiq etməkdən,hədələmədın imtina etməli,BMT nizamnaməsinə,Alma-Atı sənədlərinə uygun olaraq,suverenliyi,sərhıdlərin toxunulmazlıgını,ərazi bütövlüyünü tanımalıdırlar.Elə bil bu bənd sanki Azərbaycanı nəzərdə tutur.Yəni Bakıya deyilir ki,sərhədlərin delimitasiya və demarkasiya prosesi bitmədən hərbi əməliyyatlar keçirmə.Hətta ürməni diversiya qrupları Azərbaycanın mövqelərinə girib gizli minalar basdırsa da biz müdaxilə etməməliyik və daha çox müşahidə etməliyik.

Demək olar ki,Soçi görüşündə yeni hər hansı irəliləyiş yoxdur,qarşılıqlı həll yollsrı üzərində proses davam etdiriləcək və sülh müqaviləsi üzərində fəal hazırlıgın vacibliyi vurgulanır.Bütün bunlar onu deməyə əsas verir ki,son iki ildə proseslər Rusiyanın planı,Putinin siyasi mühəndisliyinə uygun olaraq davam etməkdədir.Bu görüşün bir nəticəsi dı bu oldu ki,Moskva var gücü ilə Brüsseli prosesdən kənarlaşdırmaq üçün hər varianta əl atır və atacaq.Qarşıdan isə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə növbətı üçtərəfli görüş keçiriləcək.Növbəti Brüssel görüşündən sonra bəzi məsələlərə aydınlıq gətirələcəyini gözləmək lazımdır.Fakt budur ki,Cənubi Qafqaz ugrunda Qərb-Rusiya rəqabəti,bəzi hallarda qarşıdurması daha kəskin mərhələyə qədəm qoyacaq.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir