KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev:Rusiya İranın Azərbaycana hücumunun qarşısını ala biləcəkmi?

Kamal Aliyev:Rusiya İranın Azərbaycana hücumunun qarşısını ala biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
197 0

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib ki,Moska yaxın tarixdə Azərbaycan və İranla üçtərəfli formatda görüş təşkil edəcəyinə ümid edir.
M.Zaxarovaya görə,üç ölkə nümayəndələri arasında keçiriləcək görüşün şərtləri və gündəliyi barədə ümumi konsensusa gəlmək mümkün olacaq.Rusiyalı diplomat onu da vurgulayıb ki,üç ölkə arasında iqtisadiyyat,nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi praktikası artıq bu formatın səmərəli oldugunu sübut edib.

 

 

Göründüyü kimi,Moskva Azərbaycan və İran arasında siyasi münasibətlərin gərginləşdiyini,hətta müəyyən bir mərhələdə eskalasiya fazasına keçəcəyindən ehtiyat edir.İndiki dövrdə Rusiyanın həm Azərbaycanla,həm də İranla olduqca sıx siyasi və iqtisadi münasibətləri var.Rusiya ötən ilin 22 dekabrında Azərbaycanda 43 maddədən ibarət strateji tərəfdaşlıq sazişi imzalayıb.Və bu gün Putinin Rusiyası və Əliyevin Azərbaycanı arasındakı münasibətlər Qarabagdakı rus sülhməramlıları ilə əlaqədar olaraq müəyyən qədər gərgin olsa da,ümumi götürdükdə normal qiymətləndirilə bilər.İrana gəldikdə isə,bu ölkə bu gün faktiki olaraq Rusiyanın Ukraynada davam etdirdiyi işgala ortaqdır və bu ölkəni müasir PUA-larla təmin edir.Üstəlik,İran Çin və Rusiyanın qurmaq istədiyi çoxqütblü dünya sisemində önəmli aktorlardan biridir.Belə olan təqdirdə,indiki etapda Azərbaycan və İran arasında daha çox deskalasiyadan yanadır.Yaxın günlərdə İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian Moskvaya səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.Mümkündür ki,Lavrov-Abdullahian görüşündə müzakirə ediləcək mövzulardan biri də Bakı və Tehran arasında davam edən gərgin münasibətlər olacaq.Reallıq bundan ibarətdir ki,Moskva Bakı və Tehran arasında moderatorluq etməklə,potensial hərbi konfrantasiyanın qarşısını almaga cəhd edəcək.Yəni hal-hazırda Azərbaycan və İran Kreml üçün vazkeçilməz müttəfiqlərdir.

Yeri gəlmişkən,ABŞ-ın dövlət katibi Entoni Blinken də Konqresdə çıxışı zamanı bəyan edib ki,Azərbaycan zabitləri NATO-nun sülhməramlı missiyalarında iştirak edirlər və bu ölkə ilə Alyansın hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi zəruridir.E.Blinken ona toxunub ki,Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır.Deməli,Bayden adminstrasiyası İranın Azərbaycana qarşı hərbi avantüraya əl atacagından ehtiyat edir.Onu da vurgulayım ki,Blinken milliyətcə yəhudidir və İsrail-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbərdardır.Həmçinin,E.Blinken onun da fərqindədir ki,İran məhz İsraili bəhanə edərək,Azərbaycana qarşı təxribata əl ata bilər.Belə ki,SEPAH-ın Quru qoşunlarının komandanı general Məhəmməd Pakbur İran-Ermənistan,İran-Azərbaycan birgə sərhəd bölgələrinə baş çəkib.Bundan bir müddət əvvəl də İran döyüş təyyarələri Azərbaycanla dövlət sərhədi həndəvərində uçuşlar həyata keçirmişdi.Görünür,Vaşinqton İsrailin Cənubi Qafqazdakı əsas müttəfiqi Azərbaycana qarşı İranın eskalasiyaya əl atacagından narahatdır.
Bəlkə də son otuz ildə Cənubi Qafqazda ABŞ bu qədər aktivlik nümayiş etdirir və bu,Moskvanı da narahat edir.Bu baxımdan,Rusiya mümkün İran-Azərbaycan toqquşmasından ehtiyat edərək,Bakı və Tehranı bir masa ətrafında oturtmaq istəyir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir