KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev:Rusiya İranı İsrailə qarşı müharibəyə hazırlayır?

Kamal Aliyev:Rusiya İranı İsrailə qarşı müharibəyə hazırlayır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
180 0

2020-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən,İrana qarşı adi silahların alınmasına qarşı qoyulan qadaga sona çatıqdan sonra Tehran Rusiyadan Su-35 qırıcılarının alınması haqqını müqaviləni yekunlaşdırıb.Belə demək mümkünsə,BMT TŞ-nın qadagasından sonra İran silahlanma yarışına start verib.İranın Rusiyadan Su-35 qırıcıları almasının səbəblərindən ən birincisi bu ölkənin İsrailin gözlənilən hücumuna qarşı hazırlaşdıgını göstərir.Artıq İran uranın zənginləşdirilməsində 34%-lik həddi keçib və ehtimal olunur ki,ilin sonuna qədər rejim atom silahını yarada biləcək.Üstəlik,Çinin təşəbbüsü ilə 7 illik fasilədən sonra İran və Səudiyyə Ərəbistanı arasında barışıq əldə olunub və yaxın aylarda hər iki ölkədə səfirliklər fəaliyyətə başlayacaq.
Bununla yanaşı,İran İsraillə mümkün hərbi eskalasiyaya hazırlaşır və Rusiyadan müasir döyüş təyyarələri alacaq.Məlumdur ki,rejim Rusiyanın Ukraynada davam etdirdiyi qanlı müharibəyə dəstək verir,rus ordusunu ən müasir kamikadze PUA-larla təmin edir.Tehran nə qədər inkar etsə də,o Ukraynadakı müharibənin tərəflərindən biridir.
Şübhəsiz ki,Rusiyanın İrana qırıcı təyyarə ixracı İsrailin də diqqət mərkəzindədir.Təl-Əviv indiyəcən Rusiya-Ukrayna müharibəsində neytral mövqe nüm asyiş etdirirdi,Kiyevə ancaq humanitar yardım göstərirdi.Düşünmək olar ki,Təl-Əviv hazırda Moskva-Tehran xəttindəki yaxınlaşmanı və Rusiyanın İrana Su-35 qırıcılarının diqqətlə izləyir.Belə olan təqdirdə,mümkündür ki,Təl-Əviv Rusiya-Ukrayna müharibısi kontekstində indiyəcən nümayiş etdirdiyi “neytral”strategiyadan imtina edərək Kiyevə meyillənsin.Nəzərə almaq lazımdır ki,”düşmənimin düşməni dostumdur”anlayışı siyasətdə də keçərlidir.
Bundan başqa,Rusiya ötən ilin fevralın 24-də Ukraynaya hücum edərkən,İsrailin baş naziri Naftali Bennet idi.Daha sonra Təl-Əvivdəki hökumətə Yair Lapid,ən sonda isə Benyamin Netenyahunun rəhbərlik etdiyi koalisiya yeni iqtidarı qurdu.Rusiya 2014-cü ildən Suriya böhranına daxil olub və Bəşər Əsəd rejimini ayaqda saxlayır.Buna rəgmən,İsrail HHQ vaxtaşırı Suriya ərazisində İrana baglı proksi qrupları bombalayır.Rusiya isə müttəfiqi Suriyanın ərazisində İsrailin hərbi əməliyyatlar keçirməsinə gpz yumur və icazə verir.Maraqlıdır ki,İsrail hal-hazırda Moskva-Tehran xəttində münasibətlərin dərinləşməsinə necə mövqe sərgiləyəcək?
Görünən budur ki,Netenyahu hökuməti Rusiya ilə münasibətləri korlamaq niyyətində deyil.Və o da məlumdur ki,Rusiya ilə münasibətlərin korlanması Moskvanın Tehranla daha da yaxınlaşması deməkdir.Üstəlik,Təl-Əvivdə başa düşürlər ki,Rusiya ilə münasibətlərin korlanması və Ukraynaya lazımı silah-sursatın verilməsi İsrailin Suriyadakı hərbi əməliyyatlarına da problemlər yarada bilər.Yəni,Rusiya ilə münasibətlər kəsilsə,İsrail Müdafiə Qüvvələri(İDF)əvvəlki kimi Suriyada hərbi əməliyyatlar apara bilməyəcək.Təl-Əviv-Moskva xəttində siyasi və diplomatik gərginlik ən çox Dəməşq və Tehrana yarıyacaq.Buna paralel olaraq,İran-Səudiyyə Ərəbistanı arasındakı barışıq da İsrailin maraqlarına cavab vermir.Çünki,İran növbəti mərhələdə Ər-Riyada yaxın olan ərəb ölkələrilə də münasibətlərini normallaşdıracaq.
Bu gün Yaxın Şərqdə ABŞ-dan boşalan “vakumu”Çin doldurur.Belə ki,2021-ci ildə Pekin və Tehran arasında baglanmış müqaviləyə görə,növbəti 25 ildə Çin İrana 400 milyard dollar investisiya yatıracaq.Çin və Səudiyyə Ərəbistanı arasında siyasi münasibıtlər də inkişaf edir.Həm İran,həm də Səudiyyə Ərəbistanı İsrailin Yaxın Şərqdəki iki ən böyük və ənənəvi rəqiblıridir.
Rusiya görünür gələcəkdə də İranı sürətlə silahlandıracaq.Bu,isə İsrailin təhlük əısizliyi üçün təhdid qaynagıdır.Yaxın tarixdə təkcə Təl-Əviv-Tehran xəttundə deyil,həmçinin,Təl-Əviv-Moskva arasındakı münasubətlər də gərginləşə bilər.Əgər Rusiya İranı İsrailin mümkün hücumlarına qarşı silahlandırarsa,o zaman Təl-Əviv də Ukrayna strategiyasına yenidən baxa bilər.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir