KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev:Rusiya-Çin ittifaqı Qərbə nə vəd edir?

Kamal Aliyev:Rusiya-Çin ittifaqı Qərbə nə vəd edir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
184 0

Nəhayət,Çin prezidenti Si Çzinpinin üç günlük Rusiya səfəri başladı.Artıq Rusiya prezidenti Vladimir Putin və Si Çzinpin arasında təkbətək görüş başa çatıb və sabah birgə mıtbuat konfransı keçiriləcək.
Əvvəlcə ondan başlayım ki,Çin Dövlət rəhbəri özü ilə birlikdə xeyli sayda naziri və biznesmenləri gətirib və bu,o deməkdir ki,sabah iki ölkə arasında müxtəlif sahələri əhatə edən müqavilələr imzalanacaq.Eyni zamanda,Si Çzinpinin Moskvaya indiki məqamda gəlişi Qərb tərəfindən küncə sıxılan Putin üçün böyük əhəmiyyət daşıyır.Xatırladım ki,bir müddət əvvəl Çin Ukrayna böhranının həllini özündə ehtiva edən 12 maddəlik plan açıqlasa da,bu,Qərb tərəfindən qəbul edilməmiş,hətta sənədin daha çox Putinin işgal hərəkatına haqq qazandırdıgı bəyan edilmişdi.Çin lideri Si Çzinpin Rusiyaya səfərdən əvvəl bəyan etmişdi ki,Pekin və Moskva BMT Nizamnaməsinin prinsipləri və məqsədlərinə əsaslanaraq,beynəlxal münasubətlərin fundamental normalarını,beynəlxalq hüququ birlikdə müdafiə edəcəklər.Si Çzinpinin bu sözlərindən belə qənaətə gəlmək mümkündür ki,Rusiya və Çin ABŞ mərkəzli təkqütblü dünyadan çoxqütblü Yeni Dünya Nizamına transformasiyanı birlikdə həyata keçirəcəklər.Şübhəsiz ki,Putin və Si Çzinpin arasındakı müzakirə mövzularından biri Ukrayna böhranının həlli üçün Çinin 12 bənddən ibarət olan təklifi olacaq.Yuxarıda da vurguladıgım kimi,Qərb və Ukrayna hökuməti Çinin təklifinə “soyuq”yanaşıb və bunun daha çox Rusiyanın neo-imperialist maraqlarına cavab verdiyini bəyan ediblər.
İndiki izolyasiya şəraitində dünya əhalisinin 20%-ni təşkil edən və yüksək texnoloji üstünlüklərə malik olan Çin Rusiya üçün vacib müttəfiqdir.Digər yandan,dünya ərazisinin təxminən 20%-ni təşkil edən və böyük k asrbohidrogen yataqlarına sahib olan Rusiya da Çin üçün vacib tərəfdaşdır.Çin dünyanın ən çox neft və qaz idxal edən ölkələrindən biridir və Pekin bunu Rusiya və Yaxın Şərqin Səudiyyə Ərəbistanı,İran kimi ölkələri ilə diversifikasiyalaşdırmaq istəyir.Proqnoz etmək mümkündür ki,Çin və Rusiya çoxqütblü beynəlxalq münasibətlər sistemində yanlarında başqa ölkələri də görmək istəyəcəklər.

Maraqlı budur ki,Qərb Çin və Rusiyanın siyasi və iqtisadi ekspansiyasına necə cavab verəcək?
Diqqət yetirdikdə görürük ki,Çin ABŞ-əsas geopolitik rəqibi olaraq təkcə Rusiyanı deyil,həm də Yaxın Şərqdəki ölkələri də yanına çəkir.Ötən həftə yeddi ildir birbiri ilə küsülü olan,siyasi və diplomstik əlaqələri olmayan İranın Çinin moderatorluguyla Səudiyyə Ərəbistanı ilə barışdıgını gördük.Ötən ilin sonunda Si Çzinpin Səudiyyə Ərəbistanına səfər etdi,bir müddət əvvəl də İran prezidenti Ebrahim Rəisini Pekində qəbul etdi.Belə qənaət gətirmək mümkündür ki,Çin artıq Yaxın Şərqdədir və indiyə qədərki passiv xarici siyasətini aktiv fazaya keçirir.
Şübhəsiz ki,Çinin Rusiya və Yaxın Şərq ölkələri ilə siyasi və iqtisadi partnyorlugu ABŞ,hətta İsrailin də maraqlarına problemlər yaradacaq.Çun 2021-ci ildə İranla 25 ili nəzərdə tutan 400 milyard dollarlıq investisiya müqaviləsi imzaladı.Göründüyü kimi,Pekin mərkəzli çoxqütblü dünyada mümkündür ki,İran və körfəz ölkələri də təmsil olunsun.Hətta Pekin BRİCS ölkələrini də Çinlə əməkdaşlıga çəkərək AUKUS və QUAD kimi regional təşkilatlara qarşı cəbhə yaratmaq istəyir.
Əlbəttə,Qərb Çin bu aktivliyini diqqətlə izləyir və gözlənilir ki,müəyyən gedişlər edəcək.Bu gedişlərin,preventiv addımların nədən ibarət ola biləcəyi haqqında mülahizələrimi daha sonra yazacam

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir