KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev:Qarabagın taleyi çətirin altında deyil,Azərbaycandan asılı olmalıdır

Kamal Aliyev:Qarabagın taleyi çətirin altında deyil,Azərbaycandan asılı olmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
245 0

Nəhayət,bu gün Rusiyanın Soçi şəhərində Putin,Əliyev və Paşinyan arasında həm ayrı-ayrılıqda,həm də üçtərəfli görüş baş tutdu.Mən bu sətirləri yazarkən,üçtərəfli görüşün nəticəsi olan birgə bəyannamə və mətbuat konfransı təşkil olunmamışdı.Ancaq Azərbaycan prezidenti İlham Əliyevin Putinin üzünə”Qarabag problemi artıq iki il bundan əvvəl həll olunub və bu mövzuda praktiki müzakirə ehtiyac yoxdur”deməsi pozutiv ifadədir.Lakin Putin və Paşinyanın dedikləri bizə onu göstərir ki,Qarabag problemi hələ bitməyib.Açıq deyək ki,Qarabag qambiti bir status-kvodan dugər status-kvoya transformasiya edilməkdədir Rusiya tərəfindən.Xüsusilə,Putinin Paşinyana”Qarabag problemi uzun illərdir mövcud olub və bu,bir məqamda həll olunmalıdır”deməsi bizi acı reallıqla üz-üzə qoyur.Azərbaycanın dövlət başçısı İ.Əliyev hesab edir ki,Qarabag problemi iki il əvvəl həll olunub və status gorbagor olub.Reallıqda isə vəziyyət Əliyevin dediyindən də acınacaqlıdır:nə Qarabag problemi həll olunub,nə də status cəhənnəmə vasil olub.Açıq dilə gətirməkdə də yarar var ki,Paşinyanı birtərəfə qoyaq,Putin üçün problem hələ də davam edir.O da ayrı bir müzakirə mövzusudur ki,Kreml Qarabag probleminin həllini qətiyyən istəmir və bu məsələni faktiki olaraq ərazi mübahisəsindən etnik çərçivəyə keçirməkdədir.Bu,olduqca təhlükəli tendensiyadır və problemi regional müstəvidən qlobal səhnəyə keçirmək deməkdir.Hal-hazırda Paşinyanın Soçidə Putinlə görüşdə dediyi kimi,Azərbaycan 12-13 sentyabrda Ermənistanın 130 kvadrat kilometr ərazisini ələ keçirib və buna rus prezidentinin reaksiyasıdır.Paşinyana görə,Putin də bu mövzuda Ermənistanı haqlı görür.Hələ ki,biz Soçidəki üçtərəfli görüşün nə ilə nəticələnəcəyini bilmirik.Amma bu gün baş tutan ikitərəfli görüşlərdən bu nəticə hasil olur ki,Paşinyan Putinə pas ötürür,o da daha çox Azərbaycana təzyiq göstərir.
O ki qaldı Əliyevin Putinlə görüşərkən öz çətirinin altında dayanmasına,bu müsbət görüntüdür,ancaq hələ də bizi Rusiyanın təsir orbitindən çıxarmaga adekvat deyil.Yəni bu,siyasi təsvir kimi pis deyil,ancaq acınacaqlısı budur ki,Rusiya hələ də Cənubi Qafqazda söz sahibidir və biz bu həqiqətin qarşısında üstün deyilik.Paşinyanın Putinin çətiri altında dayanması isə əslində,həqiqətin elanıdır.Ermənistanı başımıza bəla edən,bizim torpaqlarımızda bu millətə dövlət quran Putinin çar sələfləridir.Ermənistanın Rusiyanın Cənubi Qafqazda forpostu oldugunu bilməyən yoxdur.Əsas olan budur ki,biz öz çətirimizlə Xankəndidə olaq,Yuxarı Qarabagda suverenliyimizi bərpa edək.Çünki Soçidə biz öz çətirimizin altında olsaq da,Xankəndi və ətrafdakı azəri torpaqları Kremlin çətirinin altındadır.Və o çətirin altında erməni separatçıları da var.Bəs biz Qarabagı öz çətirimiz altına nə vaxt alacagıq?!

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir