KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev:Qarabagı Rusiyanın mülkiyyətinə vermək istəyirlər?

Kamal Aliyev:Qarabagı Rusiyanın mülkiyyətinə vermək istəyirlər?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
214 0

Təxminən iki il bundan əvvəl yazmışdım ki,Daglıq Qarabag problemi tam həll olunmayıb,daha dogrusu,bu qambit yeni status-kvoya daxil olub.Və ya belə demək mümkünsə,Qarabag problemi yeni konfiqurasiyada gələcək nəsillərə ötürülür.İndi diqqətlə analiz etsək görürük ki,son iki ildə Azərbaycan prezidenti İlham Əliyev,Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiyada keçirilən görüşlər məntuqlə elə də ciddi nəticələrə gətirib çıxarmayıb.Yəni,Rusiya Azərbaycan və Ermınistanın üzərində olan təsir rıçaqlarını aktivləşdirərək problemin həll olunmasının qarşısını alıb.Əlbəttə,reallıq bundan ibarətdir ki,Rusiya Cənubi Qafqazı tərk etməmək üçün əlində olan bütün təsir rıçaqlarından bundan sonra da istifadə edəcək.Belə olan təqdirdə,mən o qədər saf,sadəlövh deyiləm ki,rus sülhm əəramlılarının 3 il sonra Qarabag iqtisadi rayonunu tərk edəcəyinə inanım.Üstəlik,Kreml öz geosiyasi maraqlarını əbədi və əzəli etmək üçün Ruben Vardanyan adlı bir ermənini Qarabaga göndərib və bununla demək istəyir ki,bu bölgədə mın varam.Sadə dillə desək,Rusiya Qarabagı nə Ermənistana,nə də Azərbaycana layiq bilir.Hətta Xankəndidə “dövlət naziri”postunu tutan R.Vardanyan açıq bəyan edib ki,Qarabag heç vaxt Ermənistanın tərkibinə daxil olmayacaq.Şübhəsiz ki,Vardanyan bunu Rusiyanın diqtəsi ilə deyir və bunun bir ucu da Azərbaycana yönəlib.Yəni Rusiya Vardanyanın dili ilə təkcə Ermənistana deyil,eyni zamanda,Azərbaycana da deyir ki,bundan sonra Qarabag üzərində “mütləü hakim” mənım.Yuxarıdada vurguladıgım kimi,Qarabag problemi birdəfəlik həll olunmagın əvəzinə növbəti “çözümsüzlük”mərhələsinə qədəm qoyur.Bir az da dərinə getsək demək mümkündür ki,Qarabag problemində qarşımızda 30 il Ermınistan vardısa,bundan sonra artıq Rusiya ilə qarşı-qarşıyayıq.
Şəxsən mənim gəldiyim qənaət bundan ibarətdir ki,Paşinyan da Qarabagın taleyini Rusiyaya aid olmasında maraqlıdır.Bu,əgər belə olmasaydı,Paşinyan Qarabagdakı rus hərbçilərinin dahs 15-20 il ərazidə qalmasını təklif etmızdi.Paşinyanın hədəfi Ermınistanı Qərbə inteqrasiya etməkdir.
Nəticə olaraq,Qarabag mövzusunda daha mürəkkəb mərhələyə qədəm qoyuruq.Bundan sonra Qarabagda tərəfmüqabilimiz Rusiyadır.Biz bu həqiqəti dərk edərək hazırlıqlı olmalıyıq.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir