KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev:Paşinyanın strategiyası aydındır:Qarabaga özünüidarəetmə…

Kamal Aliyev:Paşinyanın strategiyası aydındır:Qarabaga özünüidarəetmə…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
155 0

Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblika”nəşrinə verdiyi müsahibədə deyib ki,Ermənistan və Azərbaycan Almatı bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasa,bu,heç vaxt sülhün olmayacagı anlamına gəlir.

Paşinyana görə,Daglıq Qarabagdakı vəziyyət həmişə “Daglıq Qarabag hakimiyyəti”nin(2018-ci ildən)nəzarətində olub.
Erməni baş nazir hesab edir ki,əraziyə Daglıq Qarabagdan seçilmiş nümayəndələr nəzarət edir və orada rus sülhməramlıları var.

Beləliklə,Paşinyanın İtaliya nəşrinə verdiyi müsahibəni aşagıdakı kimi interpritasiya etmək mümkündür…

-Nikol Paşinyan baxmayaraq ki,Qarabag da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb,ancaq onun son dedikləri əvvəlki fikirləri ilə tərs-mütanasibdir.Belə çıxır ki,Paşinyan dünən dediyini bu gün inkar edir.Və yaxud əvvəl konyuktura xətrinə söylədiklərini indi çox rahatlıqla inkar inkar edir.

-Paşinyan qeyd edir ki,Qarabag probleminin həlli bölgədəki ermənilər hüquqları və statusu kontekstində həll olunmalıdır.Belə aydın olur ki,Paşinyan Qarabag erməniləri üçün “muxtariyyət”istəyir.Düzdür,Paşinyan açıq formada demir ki,Qarabagd askı ermənilərə “muxtariyyət”verin,ancaq bunun mənası yerli özünüidarətmı formasıdır.Görünür,həm Paşinyan,hım də Qarabag erməniləri “müstəqillik”xülyasından əl çəkməyə məcbur olsalar da,minumum “muxtariyyət”hüququ əldə etmək istıyirlər.
Eyni zamanda,ermənilər istəyirlər ki,ərazidəki sülhməramlılar(Rusiya və BMT-də ola bilər)daimi olaraq,müddətsiz bölgədə qalsınlar.

-Nəhayət,Paşinyanın son dediklərindən belə bir nəticə də hasil olur ki,daxildəki revanşist qüvvələr yaxın günlərdə kütləvi etiraz aksiyalarına başlamaqla,onun iqtidarına problemlər yarada bilərlər.Və Paşinyan onun da fərqindədir ki,keçmiş prezidentlər-Köçəryan və Sərkisyanı aktivləşdirən “güc”Rusiyadır.
Şübhəsiz ki,Paşinyan Rusiya ilə açıq konfrantasiyaya getmək istəmir.Bu nöqteyi-nəzərdən,erməni baş nazir Qarabag ermənilərinin hüquqları və statusundan bəhs etməyə qərar verib.Paşinyanın niyyəti belədir ki,o,erməni cəmiyyətini əmin etmək istəyir ki,Qarabagdan əl çəkməyib və indi də “muxtariyyət”ugrunda strategiyanı hədəf seçib.Erməni baş nazirin niyyəti budur ki,daxildə artan etirazı köçəryanların,sərkisyanların ətrafında cəmləşməsinə imkan verməsin.Hakimiyyət çox şirin şeydir…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir