KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev:Paşinyanın Qarabagdakı hədəfi “sülhə məcbur etmə”əməliyyatına nail olmaqdır?

Kamal Aliyev:Paşinyanın Qarabagdakı hədəfi “sülhə məcbur etmə”əməliyyatına nail olmaqdır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
199 0

Azərbaycan vətəndaş cımiyyəti nümayəndələrinin,ekoaktivistlərin Laçın-Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyanın bir müddət də davam edəcəyi aydındır.Görünür,Azərbaycan iqtidarı ekoaktivizm hərakatlarının geniş ajiotaja səbəb olacagını,prosesin bir müddət də diqqət mərkəzində olacagına əmindir.
Şübhəsiz ki,hal-hazırda Laçın-Şuşa-Xankəndi yolunda baş verən hadisələrin əsas baiskarları bölgədəki rus sülhməramlı kontingenti və Xankəndidəki separatçı ünsürlərdir.Halbuki,2020-ci il 10 noyabr razılaşmasının 4-cü bəndinə görə,erməni silahlıları Yuxarı Qarabagı tərk etməli idilər.Ancaq bu şərt hələ də yerinə yetirilməyib.Əlbəttə,bunun məsuliyyəti Rusiya hökumətinin və onun Qarabagdakı hərbi kontingentinin rəhbəri general-mayor Andrey Volkovun üzərindədir.Reallıq isə çox sadədir:ruslar o zaman Qarabagdakı erməniləri tərksilah edəcək ki,Azərbaycan tərəfi sülhməramlılara beynəlxalq mandat versin.Azərbaycan iqtidarı onu bilir ki,əgər rus sülhməramlılarına beynəlxalq mandat versə,onları 2025-ci ildə bölgədən çıxara bilməyəcək.Sülhməramlılarla baglı Rusiyanın digər variantı da bundan ibarətdir ki,ruslar əgər növbəti üç il ərzində Azərbaycan tərəfindən istədiyini ala bilməsə,Qarabagdakı etnik ermənilərlə azərbaycanlılar arasında toqquşmaları artıracaq.Daha sonra da Rusiya dünyaya car çəkəcək ki,görün,bunlar bir-birini qırır və mən burda qalmalıyam ki,təhlükəsizlik təmin olunsun.

Beləliklə,18 gün sonra 2020-ci ili yola salırıq,lakin bir şey dəqiqdir ki,bu intervalda Bakı və Yerevan arasında sülh müqaviləsi imzalanmayacaq.Hətta onu da vurgulayım ki,erməni baş nazir Nikol Paşinyanın nəzərdə tutdugu “çərçivə saziş”də bu zaman kəsimində imzalanmayacaq.Dekabrın sonunda MDB dövlət başçılarının sammiti var, mümkündür ki,Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Əliyev və Paşinyan arasında görüş keçirilsin.Putin nəyin bahasına olursa-olsun hər hansı bir razılaşmasının onun nəzarəti altında olmasını arzulayır.
Bununla belə,Azərbaycan tərəfi Ermənistanın son silsilə provakasiyalarına diqqət yetirməlidir.Yerevanın strateji xətti aydındır:ermənilər hər vəchlə Laçın-Şuşa-Xankəndi yolundakı hadisəni Fransanın dəstəyi ilə beynəlxalq arenaya çıxarmaq üçün hər yola əl atacaqlar.Ermənilərin məqsədi budur ki,sülhmıramlı əməliyyatların mahiyyətini dəyişdirib onu “sülhə məcburetmə”əməliyyatına çevirsinlər.Hətta o da ola bilər ki,Azərbaycanın suverenliyi qismən də olsa BMT-nin xüsusi qətnaməsi ilə əlindən alınsın.Təbii ki,bu,Bakı üçün dissonant nəticələrə gətirib çıxara bilər.
Yuxarıda da vurguladıgım kimi,ilin sonuna 18 gün qalıb və bu intervalda Yerevan yenə də sülhə dogru müəyyən addım atmasa,o zaman Qarabagda toqüuşmaların şahidi ola bilərik.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir