KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev:Paşinyan Qarabagı Azərbaycanın tərkib hissəsi kimi tanıyır

Kamal Aliyev:Paşinyan Qarabagı Azərbaycanın tərkib hissəsi kimi tanıyır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
174 0

Kamal Aliyev:Paşinyan Qarabagı Azərbaycanın tərkib hissəsi kimi tanıyır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü “Azərbaycan SSR”çərçivəsində tanımaga hazır oldugunu bildirib.Erməni baş nazir qarşı tərəfdən-Azərbaycanın da ölkəsinin ərazi bütövlüyünü”Ermənistan SSR”çərçivəsində tanımaga çagırıb.Fərz edirəm ki,Qarabag probleminin yekun həlli üçün ideal seçim bu,ola bilər.
Maraqlıdır ki,Paşinyan açıq-aydın etiraf edir ki,Ermənistan Madrid prinsiplərinə əsasən,Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.Prinsipcə,Madrid prinsipləri o vaxt ATƏT-in Minsk Qrupu tərəfindən hər iki tərəfə təqdim edilən və ideal olan həll paketi idi.Madrid prinsiplərinin mahiyyəti ondan ibarət idi ki,Ermənistan tərəfindən işgal edilmiş və keçmiş DQMV-yə aid olmayan 7 rayon Azərbaycana qaytarılmalı,sonra isə Daglıq Qarabagın statusu müəyyən edilməliydi.
Nikol Paşinyanın Madrid prinsiplərinə istinad etməsində iki hədəfi var…

 

1-Erməni baş nazir Madrid prinsiplərinin keçmiş prezident Serj Sərkisyanın zamanında qəbul olundugunu dolayı yolla dilə gətirərək,məsuliyyəti keçmiş iqtidarın üzərinə qoyur

2-Nikol Paşinyan faktiki olaraq,Qarabagı Azərbaycanın tərkib hissəsi oldugunu etiraf etməklə,erməni cəmiyyətini gözlənilən sülh müqaviləsinə hazırlayır.Yəni,Paşinyan ermənilərə deyir ki,geopolitik üstünlüklər Azərbaycanın tərəfindədir və biz Qarabagdan əl çəkməliyik.

Şübhəsiz ki,Nikol Paşinyanın indiki mərhələdə Qarabag probleminin birdəfəlik həlli prosesində maraqlı oldugunu sezmək çətin deyil.Lakin proses olduqca mürəkkəbdir;Paşinyan daxildəki Rusiyaya baglı olan hərbi-siyasi strukturun oldugundan xəbərdardır.Bundan başqa,Paşinyan diasporanın təzyiqlərinin də miqyasını dərk edir.
Buna rəgmən,Paşinyan KTMT hərbi missiyasının Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsinə razılıq verməklə,Kremlin mümkün təzyiqlərini neytrallaşdırmaq xəttini də güdür
O ki qaldı diasporun prosesə müdaxiləsinə,Paşinyan bunu “beynəlxalq mexanizm”təklifini irəli sürməklə,qarşısını almaq istəyir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir