KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev:Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Qarabagla birlikdəmi tanıyır?

Kamal Aliyev:Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Qarabagla birlikdəmi tanıyır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
178 0

Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün verdiyi bəyanatların arasında maraqlı olan punkt budur ki,Yerevan Azərbaycanla sülh sazişinin reallıga çevrilməsi üçün hər iki ölkənin birmənalı olaraq bir-birinin ərazi bütövlüyünün tanınmasını istəyir.Paşinyan ona da diqqəti çəkir ki,o,Əliyevlə ötən ilin 6,31 oktyabrında Praqada v əı Moskvada bu barədə razılıga gəlib.Paşinyan istəyir ki,Azərbaycan Ermənistan SSR-nin 28,8 min kvadrat kilometr ərazisini tanısın.
Əslində,Nikol Paşinyan bir müddətdir bu tezisi səsləndirir və fərz edirəm ki,Alma-Atı deklarasiyasına görə də,Sovet İttifaqı dövründəki sərhədlərin qarşılıqlı tanınması məqbul variant kimi qəbul oluna bilır.Lakin Nikol Paşinyan bu arqumenti dilə gətirərkən,bir faktı görməməzliydən gəlir.Bu ondan ibarətdir ki,Paşinyan Qarabagı Azərbaycanın tərkib hissəsi kimi tanıdıgını deməkdən yayınır.Belə ki,1923-cü ildə yaradılan və paytaxtı Stepanakert(Xankəndi)olan Daglıq Qarabag Muxtar Vilayəti Azərbaycan SSR-nin tərkibində olub.Daha sonra “miatsum”kimi zəhırli ideologiyanı ortaya atan ermənilər diasporanın da dəstəyini alaraq separatizmə başlayıblar.
Hal-hazırda görünən budur ki,Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi istəsə də,Qarabagın Azərbaycanın tərkib hissəsi oldugunu etiraf və yaxud qəbul etmir.Erməni tərəfi bir müddətdir hər vəchlə Qarabagda beynəlxalq mexanizmin təsis edilməsinə çalışır və israrla bölgədəki ermənilərin hüququndan(əslində,status)dəm vurur.
Dogrudur,Paşinyan hökuməti artıq Qarabag ermınilərinin “öz müqəddəratını təyinetmə”prinsipindən imtina etdiyini deyir,lakin bununla yanaşı,onların Azərbaycana reinteqrasiyasını da məqbul hesab etmir.Maraqlıdır ki,Xankəndidəki Arutunyan-Nersisyan cütlüyü də hər vəchlə reinteqrasiyadan yayınır.Hən Paşinyanın qeyri-sərrast fikirləri,həm də Arutyunyan-Nersisyan cütlüyünün Rusiyaya arxalanaraq verdiyi bəyanatlar problemin birdəfəlik həllini yubadır.
Digər tərtərəıfdən,Nikol Paşinyan bu gün dolayı yolla onu da deyir ki,Cənubi Qafqazda sülhün bərqərar olması üçün Rusiya və Qərb arasında konsensus olmalıdır.Ancaq indiki situasiyada Qərb və Rusiya münasibətlərinin gərgin oldugunu nəzərə alsaq,Paşinyanın bu fikirinin də havada qaldıgını düşünmək çətin deyil.
Paşinyan Qarabagın Azərbaycanın tərkib hissəsi olmadıgını açıq bəyan etmədikcə,zənnimcə,priblemin yekun həllindən bəhs etmək əbəsdir.O da mümkün versiyadır ki,Qarabagın Azərbaycanın tərkib hissəsi oldugunu bəyan etməklə,Paşinyan həm daxili müxalifətdən,həm Rusiyadan,həm də diasporadan çəkinir.İndiki məqamda yuxarıda vurguladıgım versiya daha aglabatandır.
Əlavə olaraq,Qarabagın Azərbaycanın bir hissəsi oldugunu açıq təsdiq etmədən,problemin hələ uzun müddətdə siyasi həllinə nail olmagın da qeyri-mümkünlüyünü də nəzərə almalıyıq.Belə olan təqdirdə,qarşıda bizi lokal toqquşmaların,kiçik miqyaslı eskalasiyaların baş verəcəyi gözləyir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir