KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev:Laçın dəhlizinin açılması istiqamətində İlhama Əliyevə ciddi təzyiqlər var

Kamal Aliyev:Laçın dəhlizinin açılması istiqamətində İlhama Əliyevə ciddi təzyiqlər var

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
44 0

ABŞ Dövlət Departamenti,Fransa XİN-dən sonra Kanadanın xarici siyasət idarəsi də Xankəndi-Laçin yolu ətrafında baş verən prosesləri diqqətlə izlədiklərini və Azərbaycan tərəfini dəhlizi açmaga çagırıb.Halbuki,Azərbaycan XİN-i dəhlizin humanitar məqsədlər üçün istifadəsinə icazə verildiyini,ancaq kommunikasiya xətti vasitəsi ilə hərbi yüklərin və yeraltı resursların daşınmasına imkan verməyəcəyini bəyan edib.Şuşa-Xankəndi yolu üzərində 3 gündür aksiyalarını davam etdirən Azərbaycan QHT-ləri və ekoaktivistlərin tələbləri aydındır:Qarabagdakı rus sülhməramlıların komandanı general-mayor Andrey Volkov etirazçıların qarşısına çıxacaq,Azərbaycan tərəfi Qarabagda ermənilər və rusların təbii resursları qanunsuz olaraq istismar etdikləri ərazilərdə monitorinq aparacaq.Təbii ki,Bakının başqa şərtləri də var.Şübhəsiz ki, prezident İlham Əliyevin Türkmənistanda dediyi kimi,Azərbaycan Zəngəzur dəhlizinin 2024-cü ildə fəaliyy əətə başlamasını istəyir.Bu gün Şuşa-Xankəndi yolunda davam edən protest aksiyaların səbıblərindən biri də Zəngəzur koridori məsələsində güzəştlərə nail olmaq və prosesi maksimum sürətləndirməkdir.

Yeri gəlmişkən,Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki,ABŞ,Fransa Laçın dəhlizinin açılmasını istəyir və biz bunu müttəfiqimiz Rusiyadan da gözləyirik.Maraqlı məqam həm də budur ki,A.Simonyan sətiraltı Rusiyanı da hədələyir.O,deyir ki,Rusiyanın sülh missiyasına alternativ variantları da düşünməliyik.Erməni spiker belə deyir ki,ATƏT-in Minsk Qrupunun 12 ölkəsinin missiyasını Daglıq Qarabaga göndərmək lazımdır.Göründüyü kimi,A.Simonyan bir tərəfdən Rusiyanı “müttəfiq”kimi gördükl əırini bildirir,digər tərəfdən isə Qarabagdakı rus “sülhməramlı”larına alternativ başqa variantlardan bəhs edir.Əslində,A.Simonyan bir müddət əvvəl də Ermənistanın KTMT-dən çıxa biləcəyinə eyham vurmuşdu.Reallıq isə çox sadədir:Paşinyan hökum əıtinin əsas siyasi fiqurlarından olan Simonyan erməni cəmiyyətinə deyir ki,biz Rusiyanı özümüzə müttəfiq sayırıq,ancaq onlar bizi meydanda tək qoyurlar.Simonyanın dediklərinin bir ucu da Ermənistandakı rusyönümlü müxalifətə istiqamətlənib.O ki qaldı A.Simonyanın ATƏT-in Minsk Qrupupunun 12 ölkəsinin missiyasını Qarabagda görməsinə,bu,açıq-aydın Kremli təhdid etməkdir.Əvvala,Azərbaycan hökuməti ATƏT-in Minsk Qrupunun mövcud olmadıgını bəyan edir və Qarabagda başqa sülhməramlı missiyanı alternativ kimi görmür.

Mümkündür ki,yaxın günlərdə ABŞ,Fransa və Kanadanın ardından başqa ölkələrdən də Laçın dəhlizi ilə əlaqədar təlıblər,çagırışlar gələcək.Xüsusilə,Xankəndinə verilən təbii qazın kəsilməsi,humanitar problemlərin böyüməsi ehtimalı digər paytaxtlardan da Əliyev hökumətinə təzyiqlərin miqyasını və dozasını artıracaq.Nəzərə alsaq ki,erməni diasporası və lobbisi artıq “humanitar fəlakət”mövzusundan istifadə etməyə başlayıblar.
Digər tərəfdən,Xankəndi-Laçın yolunda aksiyalarını davam etdirən ekoaktivistlər,vətəndaş cəmiyyətinin nümayəndələri və könüllülər məqsədlərinə nail olmadıqca,aksiyalarını davam etdirəcəklərini deyirlər.Belə olan təqdirdə,Azərbaycan hökumətinə qarşı təzyiqlərin də artacagını güman etmək çətin deyil…

Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir