KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev:İsraildən İrana dron hücumu nəyin xəbərçisidir?

Kamal Aliyev:İsraildən İrana dron hücumu nəyin xəbərçisidir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
188 0

Yanvarın 29-da gecə saatlarında İranın İsfahan şəhərindəki silah-sürsat zavodu,Təbriz yaxınlıgındakı dron fabriki və Malard şəhərindəki hərbi-təchizat anbarı dron hücumuna məruz qalıb.Təbii ki,İsrailin hücumları gözlənilən idi.Belə ki, Təl-Əvivin İran ərazisindəki son dron hücumu onu göstərdi ki,rejimin Hava Hücumundan Müdafiə(HHM)sistemləri zəifdir və İsraillə müharibədə hava hakimiyyətində yəhudi dövlətinin üstün oldugunu göstərir.
Yeri gəlmişkən,İsrail 2020-ci ilin iyulunda İrandakı Natanz nüvə mərkəzini,2021-ci ilin aprelində Natanza baglı olan müxtəlif nüvə mərkəzlərini də vurmuşdu.Daha sonra 2021-ci ilin iyununda Kərəcdəki nüvə mərkəzi də hücuma məruz qalmışdı.
Görünür,Təl-Əviv İrana demək istəyir ki,nə qədər ki,nüvə silahı məqsədindən əl çəkməyib,rejimə hücumlar davam etdiriləcək.Üstəlik,İran Yaxın Şərqdəki proksiləri vasitəsi ilə İsrailə təzyiq göstərməyə davam edir.Ötən gün Yerusəlimdəki sineqoqa hücum da İrana yaxın terror şəbəkələrindən birinin aksiyası idi.
Bununla belə,Təl-Əviv-Tehran hesablaşmasının əsas məqsədi rejimin nüvə silahı əldə etməyə yaxın olmasıdır.Qərbdəki kəşfiyyat xidmətlərinin məlumatlarına görə,İran nüvə bombası əldə etmək üçün uranın zənginləşdirilməsini 60% yerinə yetirib.Əgər İran uranın zənginləşdirilməsini 90%-ə çatdırarsa,bu,rejimin nüvə bombası üçün kifayət edəcək.
İran isə MAGATE ilə danışıqları yubatmaq yolunu seçib və vaxt udmaqla nüvə hədəfinə çatmaq istəyir.Zənn etmirəm ki,İsrail və İran arasında tezliklə müharibə baş verəcək.Bu,belə deyil,lakin yaxın bir neçə ildə İsrail və İran arasında hərbi konfrantasiya ehtimalını istisna etmirəm.
Təl-Əviv onun fərqindədir ki,İrana qarşı əməliyyat təkbaşına deyil,ABŞ ilə planlı olaraq reallaşdırılmalıdır.Yaxın günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Nikolas Börns və dövlət katibi Entoni Blinkenin İsrailə səfərləri gözlənilir.Eyni zamanda,ABŞ prezidenti Co Baydenin İrana hərbi zərbələr endirilməsinin mümkünlüyü barədə fikirləri də var.
Belə olan təqdirdə,yaxın dövrdə İsrail və İran arasında ciddi qarşıdurma elementlərini müşahidə edə bilərik.Dogrudur,İran hələ də İsrailə birbaşa hərbi zərbələr endirməyə cürət etməyəcək,ancaq rejim özünə yaxın terror ünsürlərini hərəkətə keçirəcək.
Təl-Əvivdə isə düşünürlər ki,İran rejimi islah olana oxşamır və nüvə fəaliyyətlərini dayandırmayacaq.Bu baxımdan,qarşıdakı illərdə İsrail və ABŞ-ın birlikdə İrana zərbələr endirəcəyini istisna etmirəm.

Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir