KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev:İran niyə İraq Kürdüstanının muxtariyyətinin ləgvini istəyir?

Kamal Aliyev:İran niyə İraq Kürdüstanının muxtariyyətinin ləgvini istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
216 0

İranın ali rəhbəri Əli Xamanei İraqın yeni baş naziri Məhəmməd Şiya əs-Sudanini qəbulunda deyib ki,bu ölkəni Kürdüstan muxtariyyətinin statusu ləgv edilməli və mərkəzi hökumətin bu regionda hakimiyyəti bərqərar edilməlidir.
Sudani da öz növbəsində deyib ki,onlar İraq ərazisindən İranın təhlükəsizliyini pozmaq üçün istifadəyə imkan verməyəcəklər.Buna baxmayaraq,İranın ali rəhbəri əs-Sudaniyə cavabında deyib ki,təəssüf ki,İraqın şimalındakı müxalif kürd qruplaşmalarının İrana hücumları baş verir və bunun yeganə həll yolu İraqın bütün ərazisində mərkəzi hökumətin təsir dairəsini bərqərar etməkdir.

Yeri gəlmişkən,İranda 22 yaşlı Məhisə Əmininin “əxlaq polisi”tərəfindən hicab qaydalarına əməl etmədiyinə görə təzyiqlərə məruz qalmasından və ölməsindən sonra 16 sentyabr tarixində anti-rejim əleyhinə qarşa başlayan aksiyalar hələ də davam etməkdədir.
Qeyd etməkdə fatda var ki,İranın Qərbi Azərbaycan ostanının Saqqız şəhərindən olan Məhisə Əmini etnik olaraq kürd idi və rejim əleyhinə başlayan protest aksiyaların episentri də kürdlərin kompakt hala yaşadıgı ərazilər idi.Daha sonra təbii ki,etiraz aksiyaları bütün İran cigrafiyasını əhatə etməyə başladı.
Maraqlı məqam həm də budur ki,xarici mediada İrandakı aksiyalar daha çix “kürdlərin hüquqları”kontekstindən işıqlandırılır.Halbuki,etnik bəlucların yaşadıgı Sistan-Bəlucustandakı etiraz aksiyalarının miqyası heç də İran Kürdüstanınkından az deyil.Sadəcə,İran Kürdüstanındakı rejim müxaliflərinə logistik dəstək İraqın kürd muxtariyyətində mənzillənmiş rejimlə onillərdir yola getməyən kürd qruplarından gəlir.Xüsusilə,Kürdüstan Demokrat Partiyası və Komele kimi kürd qruplar İran kürdlərinə silah-sürsat dəstəyi verirlər.Belə olan təqdirdə,SEPAH-a baglı olan hərbi qüvvələr bir müddətdir İraqın şimalındakı müxalif kürdlərin mövqelərini PUA və raketlərlə hücuma məruz qoyur.Hətta SEPAH vəziyyətin kəskinləşəcəyi təqdirdə,İraqın şimalındakı kürd qruplara qarşı quru əməliyyatlarına başlayacagının anonsunu verib.Irandakı teokratik rejim düşünür ki,”xarici qüvvələr”İranı daxildəki etnik xalqların əli ilə dagıtmaq istəyir və bununla iranlı etnik kimliyini slradan çıxarmaq istəyir.

İran ayrı-ayrı etnosların “iranlı”identlikliyi altında uzun illərdir yaşadıgı bir ölkədir.İrandakı 43 illik teokratik rejim,vilayəti-fəqih zehniyyəti etniklərin günün birində öz hüquqları ugrunda mübarizəyə başlayacagından çəkinir.Nəzərə alaq ki,İranda yaşayan onmilyonlarla azəri,türkmən,bəluc,qaşqay,ərəb,kürd,lor və başqa etnosların arasında milli dirçəliş ruhunun oyanması rejimin ən agrılı yeridir.Bu səbəbdən,İranın ali rəhbəri Xamanei ölkəsi üçün ən böyük təhlükənin indiki məqamda İraqdan gəldiyini düşünür.İraqın yeni baş naziri M.əs-Sudanin də Tehrana yaxın siyasi lider oldugunu nəzərə alsaq,deyə bilərik ki,İran İraqdan özünə qarşı olan kürd müxaliflərə qarşı tədbirlər görməsini istəyir.Yadınızdadırsa,2016-ci ildə Şimali İraqdakı Kürd Muxtariyyəti müstəqillik haqqında referendum keçirmişdi.Hətta həmin referendumun nəticəsinə görə,5 milyon əhalisi olan regionda 93,2% şəxs müstəqilliyin leyhinə səs vermişdi.O zaman Bagdaddakı mərkəzi hökumət,İran,Türkiyə və BMT-nin baş katibi Antonio Qutyerres referendumu pisləmişdi.Hətta o vaxt İraqın baş naziri Heydər əl-İbadi Kürdüstan əyalətinə ordu göndərməyi nəzərdən keçirdiyini bildirmişdi.İran və Türkiyə isə kürd muxtariyyəti ilə sərhədlərini baglamışdı.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir