KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev:İran Azərbaycanı niyə qarşıdurmaya çəkir?

Kamal Aliyev:İran Azərbaycanı niyə qarşıdurmaya çəkir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
179 0

İran İslam Respublikası növbəti dəfə Azərbaycana qarşı təxribat törədib.Belə ki,bu gün səhər cənub qonşumuza məxsus hərbi təyyarə Azərbaycan-İran sərhədi boyunca,Zəngilan və Biləsuvar rayonları istiqamətində uçuş həyata keçirib.Təbii ki,mən İranın 44 günlük Qarabag müharibəsi ərzində və ondan sonrakı dövrdə Azərbaycana qarşı törətdiyi provokasiyaları sadalamaq istəməzdim.Tehranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror aktı,İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın türkiyəli həmkarı Mövlud Çavuşoglu ilə keçirdiyi mətbuat konfransında Azərbaycanı üstüörtülü hədələməsi,dahi Azərbaycan şairi Nizami Gəncəvini “fars şairi”adlandırmaqla,növbəti dəfə “sionizm”üzərindən Bakını təhdid etməsi artıq iki ölkə arasında gərginliyin pik həddinə çatdıgını göstərir.Şübhəsiz ki,Tehrandakı klerikal rejim Azərbaycana qarşı qəsdən və planlı həm terror,həm də psixoloji təzyiq metodlarından istifadə etməklə öz geosiyasi məqsədlərini reallaşdırmaq istəyir.Həmişə vurguladıgım kimi,İran Azərbaycanı öz hinterlandı,”şiə ayparası”nın tərkib hissəsi kimi görür,öz hədəflərinə çatmaq həm yumuşaq gücdən(softpower),həm də sərt gücdən(hardpower)istifadə edir.İndiyəcən İrandakı rejim Azərbaycanda “yumuşaq güc”dən istifadə edirdisə,indi siyasətini daha da sərtləşdirib.Görünür,dünən Azərbaycan prezidenti İlham Əliyevin İsrailin kəşfiyyat naziri Gila Qanieli qəbul etməsi rejimi əməlli-başlı sarsıdıb.Eyni gündə Azərbaycanın Təl-Əvivdəki səfiri Muxtar Məmmədov İsrail mediasına açıqlama verdi ki,Bakı yəhudi dövlətinin İrana hücumu üçün öz ərazisindən imkan yaratmayacaq.Buna rəgmən,görünür,İranı Azərbaycanın dəfələrlə bəyan etdiyi fikirlər məmnun etməyib.
Beləliklə,bu gün səhər İranın növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyini gördük.Rejim Azərbaycanı qəsdən hərbi konfrantasiyaya çəkmək istəyir və ölkəmizi bu yolla işgal etmək arzusundadır.Zənnimcə,İranın Azərbaycana qarşı təxribatları bundan sinra da davam edəcək;mümkündür ki,rejim ölkə daxilindəki cəsus şəbəkəsi vasitəsi ilə müəyyən addımlar atsın.Hətta İran Xəzər dənizində də provokasiyaya əl ata bilər.Müharibədən dərhal sonra Azərbaycan sərhədləru yaxınlıgında hərbibtəlimlər keçən rejim güman edirəm ki,növbəti dəfə ölkəmizə qarşı “əzələ nümayişi”göstərsin.

Yeri gəlmişkən,İran 2001-ci ilin avqust ayında da Xəzər dənizində Azərbaycanın hava sahəsini pozmuşdu.O vaxt Türkiyə Silahlı Qüvvələrinin rəhbəri general Hüseyn Kıvrıkoglu Azərbaycana səfər edərək,mərhum Heydər Əliyevlə görüşmüşdü.Daha sonra “Türk Yıdızları”Bakı səmasında uçuş həyata keçirmişdi.Hüseyn Kıvrıkoglu sonrs Bakı Hərbi Akademiyasının ilk məzuniyyət mərasimində iştirak etmişdi.
Görünür,bu dəfə Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycana gələcək.Tehran anlalıdır ki,Azərbaycanın başqa etibarlı hərbi-siyasi müttəfiqləri də var.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir