KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev:Ermənistan KTMT-ni də tərk etmək istəyir

Kamal Aliyev:Ermənistan KTMT-ni də tərk etmək istəyir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
234 0

,ərazisindəki 102 saylı rus hərbi bazasını da çıxarmaq istəyir.

Sentyabrın 13-də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən qanlı toqquşmalar fonunda belə nəticəyə gəlmək mümkündür ki,Yerevan 2002-ci ildən üzv oldugu KTMT(Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”-dən çıxmaq istəyir.Əslində,Nikol Paşinyan və onun “Mülki Müqavilə”partiyası 2018-ci ildən Ermənistanda iqtidar olduqdan sonra Rusiyanın təsir orbitindən çıxmaq üçün davamlı cəhd göstərib.Ancaq hələ ki,indiki geopolitik situasiya,Ermənistan dövlətinin təhlükəsizlik maraqları bu istiqamətdə radikal qərar verməyi qeyri-mümkün edir.
Vurgulayım ki,KTMT ilə yanaşı Ermənistanda 1995-ci ildən Rusiyanın 102 saylı hərbi bazası fəaliyyət göstərir və ruslar 5000 nəfərlik hərbi qüvvə ilə bu ölkənin həm Türkiyə,həm də İranla sərhədlərini qoruyur.Əslində,2020-ci ildəki 44 günlük Azərbaycan və Ermənistan arasında baş verən hərbi konfrantasiyadan sonra erməni cəmiyyətində 102 saylı rus hərbi bazasının mövcudlugu şübhə altına alınmışdı.İndiki mərhələdə isə ermənilər nəinki KTMT-ni sorgulayırlar,həm də Gümrüdəki 102 saylı rus hərbi bazasının ölkələrindən çıxarılmasını tələb edirlər.Dogrudur,hələ ki,KTMT və 102 saylı hərbi baza haqqında etirazlar istənilən səviyyədə deyil,ancaq bir müddət sonra ermənilər bu istiqamətdə daha “fəal”olacaqlar.
Digər tərəfdən,Rusiya və Ermənistan arasında 2010-cu ildə imzalanmış yeni müqaviləyə görə,Gümrüdəki hərbi baza 2044-cü ilə qədər fəaliyyətini davam etdirməlidir.Ancaq mənim gəldiyim qənaət bundan ibarətdir ki,2044-cü ildən əvvəl də Ermənistan həm KTMT-dən çıxacaq,həm də Gümrüdəki 102 saylı hərbi bazanın fəaliyyətinin dayandırılmasına nail olacaq.Sadəcə olaraq,bunun üçün Ermənistan əvvılcə Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamalıdır,hər iki ölkənin ərazi bütövlüyünü qəbul etməlidir,Belə deyim ki,Nikol Paşinyan və əqli-səlim ermənilər bunun fərqindədirlər,sadəcə olaraq daxildəki Rusiyaya baglı 5-ci kalon buna ciddi təzyiq göstərir.Bir məqamı da vurgulayım ki,Ermənistan son hadisələr fonunda KTMT-nin mövcud 4-cü maddəsinin işlək olmadıgını gördü.Faktiki olaraq,Rusiya prezudenti V.Putinin ŞƏT-in Səmərqənddəki zirvə görüşündə”Azərbaycan və Ermənistan arasında qarşıdurma Qarabagdan kənarda baş verir”deməsi Ermənistan cəmiyyətində,siyasi elitasında duş effekti yaratdı.Üstəlik,Cermuku ziyarət edən xarici ölkə səfirləri arasında rus diplomatın olmaması da rəsmi Yerevanı xeyli qəzəbləndirdi.Hətta Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan dedi ki,KTMT öz öhdəliklərinə, Ermənistanın tələblərinə cavab vermir.Bu,Qriqoryanın dilindən Ermənistan iqtidarının kifayət qədər sərt etirazı idi.
Güman edirəm ki,Rusiya hökuməti də bütövlükdə həm Ermənistan iqtidarının,həm də cəmiyyətinin KTMT və 102 saylı hərbi baza haqqında mənfi münasibətini bili,görür.Mümkündür ki,Kreml vəziyyətin gərginləşəcəyi təqdirdə Paşinyan hökumətinə qarşı hım daxildən,həm də xaricidən təzyiqlərini artırsın.
Son olaraq onu da ifadə edim ki,hazırda erməni dövlətçiliyi bəlkə də tarixin ən agır,ən kompleks dövrünü yaşayır.Yaxın aylarda Ermənistanda siyasi kataklizimlərin daha da şiddətlənəcəyi,siyasi qüvvələr arasında münasibətlərin və ritorikanın nəzarətdən çıxacagı da gözlənilir.İndi hər şey Paşinyanın və onun siyasi komandasının müqavimət potensialından,siyasi çagırışlara adekvat cavab vermə qabiliyyətindən asılıdır.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir