KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev:Ermənistan Azərbaycanla sülh müqaviləsini gələn il də imzalamayacaq

Kamal Aliyev:Ermənistan Azərbaycanla sülh müqaviləsini gələn il də imzalamayacaq

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
259 0

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişinin yekun variantının 2022-ci ilin sonuna qədər imzalanacagına əmin deyil.Buna baxmayaraq,erməni nazirə görə, Azərbaycanla münasibətlərin normallaşdırılması üzrə danışıqlar aktiv mərhələdıdir.Şübhəsiz ki,A.Mirzoyan fikirləri səsləndirərkən,Azərbaycan tərəfinin bu yaxınlarda Yerevana təklif etdiyi prinsiplərə Paşinyan hökumətinin verəcəyi cavabı(reaksiyanı)nəzərdə tutur.Bir məqamı da xatırlatmaqda fayda var ki,elən bu ilin mart ayında rəsmi Bakı Ermənistan hökumətinə münaqişənin yekun həlli,iki dövlət arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan 5 prinsip təklif etmişdi.N.Paşinyan hökuməti isə Azərbaycanın məlum 5 prinsipinə 6 təkliflə cavab vermişdi.Və nəticədə Azərbaycan və Ermənistan arasında hələ indiyədək-son iki il ərzində hər hansı razılıq,çərçivə və ya yekun sülh müqaviləsi imzalanmayıb.Yeganə pozitiv hadisə iki ölkə arasında Vyana konvensiyasına görə,diplomatik münasibətlərin yaradılması haqqında məlumatın təsdiq olunmasıdır.Belə ki,Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacagının anonsunu verib.

Paşinyan Azərbaycanı Putinə şikayət etdi.

Dünən Bişkekdə Ermənistanın baş naziri N.Paşinyan Rusiyanın dövlət başçısı V.Putinlə görüşündə dedi ki,Azərbaycan Laçın dəhlizini tutmaq istəyir.Bu,açıq-aydın Paşinyanın Azərbaycanı Putinə şikayət etməsi idi.Hətta belə deyərdim ki,Paşinyan ictimaiyyətin gözü önündə Laçın dəhlizini dilə gətirməklə Putinə dedi ki,məsuliyyət zonanıza nəzarət edin.Görünür,Azərbaycanın müvafiq dövlət strukturlarının Xankəndi və Xocalıda monitorinqlər aparması erməni baş nazirini qəzəbləndirib.Çünki Ermənistan hökuməti anlayır ki,bütövlükdə problemin həlli istiqamətində Laçın dəhlizi mövzusu episentir mahiyyəti daşıyır və Azərbaycanın bu koridora günün birində nəzarət edə bilməsi problemin böyük ölçüdə həllini özündə ehtiva edir.Bu nöqteyi-nəzərdən Paşinyan Laçın dəhlizi məsələsində Bakıya güzəştə getməməsinə çalışır.Təbii ki,söhbət son zamanlar gündəmdə olan rentgen skaner sistemlərinin Laçın koridoru üzərində tətbiqindən gedir.

Ermənistan niyə Azərbaycanla sülh müqaviləsindən yayınır?

Ermənistanın xarici işlər naziri A.Mirzoyan onu da vurgulayıb ki,Yerevan və Bakının münasibətləri normallaşdırılması məsələsində mövqeləri bir çox məsələlərdə hələ də bir-birindən uzaqdır,lakin məhz buna görə mövqeləri yaxınlaşdırmaq və birgə məqbul nəticə əldə etmək üçün danışıqlar aparılır.A.Mirzoyan onu da bəyan edib ki,Ermənistan Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilərin olmasında maraqlıdır.Nazirə görə,bu,mümkün eskalasiyanın qarşısını alır.Üstəlik,Xankəndidəki separatçıların liderləri rus sülhməramlılarına müraciət ediblər ki,onlar ailələrini də Qarabaga gətirsinlər.

Ümumiyyətlə,baş nazir N.Paşinyan,A.Mirzoyan,Armen Qriqoryan,Alen Simonyanın son açıqlamalarından belə qənaətə gəlmək olar ki,Yerevan nəinki bu il,hətta gələn il də Azərbaycanla yekun sülh sazişi imzalamaqdan maksimum yayınacaq.Mümkündür ku,ən yaxşı halda çərçuvə sazişi üzərində müəyyən irəliləyişlər əldə edilsin.Lakin Ermənistan hökumətinin əsas hədəfi sülh müqaviləsi sənədində Qarabag təsbit edilməsin.Bu,o deməkdir ki,Yerevan Qarabag mövzusunun gələcək həllini Rusiya və Azərbaycan arasında təsəvvür edir.Maraqlı həm də budur ki,Ermənistan Qarabagdakı etnik ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi üçün beynəlxalq mexanizm üzərində razılıga gəlindiyini elan edir.Daha sonra Azərbaycan tərəfi Vaşinqtonda belə razılıga gəlinmədiyini,sadəcı bu istiqamətdə müzakirələrin getdiyini bəyan etdi.Ermənistan hökuməti və Xankəndidəki separatçıların əsas hədəfi rus sülhməramlılarının ərazudə qeyri-müəyyən müddətə qalmasıdır.Və bu istiqamətdə həm Paşinyan,həm Putin,həm də separatçılar arasında fikir birliyi var.
Nəticə olaraq onu demək olar ki,Ermənistan tərəfi Azərbaycanla yekun sülh müqaviləsini imzalamamaqdan ötrü növbəti ildə də öz səylərini davam etdirəcək.
Doğrudur,sərhədlərin delimitasiyası vı dem asrkasiyası,Zəngəzur yolu məsələlərində müəyyən irəliləyişlır ola bilər,ancaq bunlar yekun olaraq Qarabag probleminin həlli mənasına gəlmir.
Gəlın il olduqca kritik və təmas xəttində,Yuxarı Qarabag ərazisində təxribatların baş verməsi ilə yadda qala bilər.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir