KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev:Çin İsrail və Fələstin arasında sülh yarada bilərmi?

Kamal Aliyev:Çin İsrail və Fələstin arasında sülh yarada bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
227 0

 

Çinin xarici işlər naziri Qinq Gang israilli və fələstinli həmkarları ilə telefon danışıgında iki tərəf arasında sülh danışıqlarına vasitəçilik etməyi təklif edib.Görünür,Pekin Səudiyyə Ərəbistanı və İran arasında diplamatik münasibətlərin bərpa edilməsinə nail olduqdan sonra,indi də İsrail-Fələstin problemində moderatorlugu üzərinə götürmək istəyir.
Onu da nəzərə almaq lazımdır ki,formalaşmaqda olan çoxqütblü dünya sistemində Çin Yaxın Şərqdə ABŞ-ın mövqelərinin nisbətən zəiflədiyini sezir və yaranan boşlugu doldurmaq niyyətindədir.Bir məqamı da vurgulayaq ki,Pekinin Ər-Riyad və Tehranın barışmasına nail olması regionda İranın təcrid olunmasına çalışan İsrailin siyasətinə də zərbə vurdu.Əlbəttə,yəhudi dövləti Çinin fəallıgını görür və elə buna görə də,İsrailin xarici işlər naziri Eli Kohen çinli həmkarından xahiş edib ki,Pekin İranı nüvə silahı yaratmaq hədəfindən vaz keçirsin.
Əlbəttə,İsrailin İranın nüvə proqramı ilə baglı Çindən xahiş etməsinin müsbət nəticə verəcəyini düşünmürəm.Əvvala,İrandakı klerikal rejimin hazırkı mərhələdən sonra nüvə proqramından imtina edəcəyi o qədər də inandırıcı görünmür.Üstəlik,Çin və İran arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən,Pekin qarşıdakı 25 ildə bu ölkəyə 400 milyard dollar investisiya qoyacaq.
Konkret olaraq Çinin İsrail və Fələstin Muxtariyyəti arasında vasitəçilik istəyinə gəlincə,Pekin 2021-ci ildə də buna cəhd etmişdi.O vaxt İsrail hökuməti və Qəzza zolagında yerləşən İranın dəstəklədiyi Həmas ilə münasibətlər gərginləşmişdi və Pekin atəşkəs rejimi üçün dörd maddəlik təklif irəli sürmüşdü.Lakin həmin vaxt Misir ABŞ-ın dəstəyini alaraq İsrail və Həmas arasında atəşkəsə nail olmuşdu.
İndi isə Çin İsrail və Fələstinə problemi dialoq yoluyla həll etməyə çagırır.Maraqlı olan budur ki,ABŞ Yaxın Şərqdə Çinin bu qədər fəallaşmasına necə reaksiya göstərəcək…
İsrail dövləti isə öz növbəsində ondan narahatdır ki,İran başda Səudiyyə Ərəbistanı olmaqla,körfəz ölkələri ilə barışmaqla Yaxın Şərqdə bundan sonra onun mövqelərinə qarşı daha aqressiv ola bilər.İş ondadır ki,Səudiyyə Ərəbistanı da İsrail ilə münasibətləri bir şətlə normallaşdırmaga hazırdır ki,ABŞ ona həm təhlükəsizlik zəmanətləri,həm də nüvə proqramına geri dönməyə yardımçı olsun.Vaşinqton isə Səudiyyə Ərəbistanının tələblərinə bir qədər ehtiyatlı yanaşır.
Bununla belə,Səudiyyə Ərəbistanı Çinlə münasibətlərini daha da dərinləşdirir.Çin hal-hazırda İran və Səudiyyə Ərəbistanından böyük həcmdə neft idxal edir.Bundan əlavə,Çin İsrailin ABŞ və Avropa İttifaqından sonra ən böyük ticarət tərəfdaşıdır.
Çinin Yaxın Şərqdə aktivləşməsi Qərbin maraqlarına təhdid yaradır.İndi maraqlıdır,ABŞ Yaxın Şərqdəki müttəfiqlərini avtoritar Çinin ekspansiyasından necə xilas edəcək…Və yaxud edə biləcəkmi?!

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir