KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev:Azərbaycan hakimiyyəti rus hərbçilərini Qarabaga dəvət edərkən,indi baş verənləri bilməliydi

Kamal Aliyev:Azərbaycan hakimiyyəti rus hərbçilərini Qarabaga dəvət edərkən,indi baş verənləri bilməliydi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
279 0

Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının “Ekoloji terrora son”şüarı altında Xankəndi-Laçın yolu üzərində,rus sülhməramlılarının postu qarşısında aksiya keçirməsi vacib hadisə olsa da,bunun hər hansı pozitiv nəticə verəcəyi o qədər də inandırıcı deyil.Dogrudur,dekabrın 3-dən başlayan bu proses bizim suveren hüququmuz olsa da,reallıq ondan ibarətdir ki,bu,rusların 3 il sonra Yuxarı Qarabagdan çıxarılacagına inam yaratmır.Yuxarıda da vurguladıgım kimi,aksiya vacibdir və əraziyə əlavə rus hərbçilərinin gəlməsi onu göstərir ki,proses yaxın günlərdə daha da gərginləşə bilər.

Biz birdəfəlik bilməliyik ki,heç bir beynəlxalq mandatı,bayragı olmayan rus hərbçilərinin Qarabagda azərbaycanlılar və ermənilər arasında sülhü təmin etmək məqsədi yoxdur.Daha dogrusu,Rusiyanın ən “ümdə”vəzifəsi emissarı olan,onun direktivlərini canla-başla yerinə yetirən Ruben Vardanyana legitimlik donu geyindirməkdir.Bu,belə olmasaydı,ruslar ekoloji monitorinq aparan azərbaycanlı mütəxəsislərin qarşısına R.Vardanyanı çıxarmazdı.Rusiya prezidenti V.Putin Azərbaycan və azərbaycanlılara deyir ki,sizin yeni “Volskiniz”,tərəfmüqabiliniz R.Vardanyandır.O ki qaldı keçmiş Agdərə və indiki Tərtər rayonu ərazisindəki mədənlərin qansuz olaraq istismar olunmasına,ruslar bundan gələn gəlirlərlə həm Yerevandakı kremlə göbəkdən baglı siyasi qüvvələri həm maliyyələşdirirlər,həm də Rubinyan vasitəsilə çirkli pulların yuyulmasını təmin edirlər.
Bu nöqteyi-nəzərdən,Putinin az qala hər həftə prezident İlham Əliyevə zəng vurması heç nəyi dəyişmir.Rusiyanın məqsıdi aydındır:2025-ci ilə qədər Yuxarı Qarabagda azərbaycanlılar və ermənilər arasında vaxtaşırı toqquşmalar yaratmaq,araya girib “hakim”rolunda sakitlik yaratmaqla dünya göstərmək istəyir ki,biz burda olmasaq,bölgədə qanlı toqquşmalar dərinləşə bilər.Rusiyanın digər məqsədi də budur ki,öz “sülhməramlı”qüvvələrinə beynəlxalq status almaqdır.Hələ ki,Azərbaycan hökuməti Qarabagdakı rus hərbçilərinə status vermir və bunu yüksək qiymətlındirirəm.Görünən budur ki,Rusiya Azərbaycan hökumətindən umdugunu ala bilmədiyi üçün ümidi uygun bir mərhələdə Qarabagdakı hərbçilərinə beynəlxalq status əldə etməkdir.

İndi real mənzərə bundan ibarətdir ki,2020-ci ilin noyabrın 10-da rus “sülhməramlı”larını Qarabaga dəvət etməklə,özümüzə bu gün baş verməkdə olan problemlərin əsasını qoymuşuq.Mən bunun acınacaqlı nəticələr doguracagını və Qarabag probleminin birdəfəlik həllinə maneə yaradacagını hələ 2 il əvvəl də yazmışdım.Onu da yazmışdım ki,Bakı küçələrində qələbəni rus bayraqlarıyla qeyd etmək qeyd etmək dogru deyil,özümüzü ələ salmaqdır.Ancaq biz belə deyındə,yazanda,iqtidara yaxın siyasətçilərin,mətbəx politoloqlarının “vətən xaini”,”satqın”damgasını yedik.İndi gəlinən nöqtədə haqlı oldugumuz ortaya çıxır.Birdaha təkrar etməkdə fayda görürəm ki,rus sülhməramlılarının Qarabagdan çıxacagına inanmıram.Ruslar birinci mərhələdə öz hərbçilərini 2030-cu ilə qədər Qarabagda qalacagına nail olacaqlar.
Gərək Azərbaycan hökuməti bu faktı 2020-ci ilin noyabrında düşünəydi…
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir