KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev:Almaniya Çini Rusiyaya qarşı cəbhəyə cəlb edə bilərmi?

Kamal Aliyev:Almaniya Çini Rusiyaya qarşı cəbhəyə cəlb edə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
32 0

AFR-in federal kansleri Olaf Şolts Çinə səfərə gedib.Xatırladım ki,ötən ilin aprelində də Fransa prezidenti Emanuel Makron Pekini ziyarət etmişdi.Makronun Pekin ziyarətindən 1 ay öncə isə Çin lideri Şi Cinpinq Moskvada Putinlə görüşmüşdü.
Şübhəsiz ki,Çin Avropa İttifaqının ən böyük ticari tərəfdaşlarından biridir.Və bu fakt Aİ ölkələrini dünyanın ikinci ən böyük iqtisadiyyatı-Çinlə münasibətlərə həssas yanaşmagı diqtə edir.Üstəlik,Çin açıq bəyan etməsə də,Rusiyanın Ukraynadakı işgalını dəstəkləyir.Buna paralel olaraq,Pekinin İranla da sıx siyasi,hərbi,iqtusadi,hətta strateji əlaqələri var.
Almaniya federal kansleri Olaf Şoltsun Çinə səfərinə gəlincə,Pekin və Berlin arasında(həm də Çin və Aİ müstəvisində)iqtisadi əlaqələrin yenidən balanslaşdırılması,alman investorlarının Çin iqtisadiyyatına investisiyaları və şübhəsiz ki,Ukrayna böhranı da müzakirə olunacaq.
Hərçənd,Çin Aİ daxilində Fransanı Almaniyaya görə özü üçün daha “etibarlı”tərəfdaş kimi görür.Pekin düşünür ki,Fransa NATO üzvü olsa da,ittifaq daxilində vaxtaşırı ABŞ-nin siyasətinə protest edə də bilir.Lakin Almaniyanın timsalında bu,belə deyil və Berlin Vaşinqtona qarşı daha loyaldır.
Xatırladım ki,fransız prezident Makron ötın il Çin səfərindən geri qayıdarkən jurnalistl əırə demişdi ki,Aİ ölkələri öz təhlükəsizlikləri üçün vahid ordu qurmalıdırlar.Təbii ki,Makronun bu çıxışı Vaşinqtonu narahat etmişdi.Xüsusilə,Makronun iqtidarı dövründə Paris müntəzəm olaraq NATO-nun beyin ölümü keçirdiyini və qeyri-funksionallıgını açıq bəyan edir.
Digər yandan,bu ilin noyabrında ABŞ-də keçiriləcək seçkilərdə Donald Trampın seçilmə şansları yüksəkdir və keçmiş prezidentin NATO-ya münasibəti tənqidi əhval-ruhiyyədədir.Trampın anti-NATO ritorikası Çin və Rusiyanın ürəyincədir və avropalılar bu təhlükəni artıq hiss etməkdədirlər.
Yuxarıda da vurguladıgım kimi,Şolts və Cinpinq zirvəsində Ukrayna böhranı müzəkirə edilsə belə,Pekinin Rusiyaya qarşı təzyiq göstərəcəyi aglabatan deyil.Çinin seçimi Rusiya ilə ittifaqdır.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir