KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Zatulin Ermənistanda dövlət çevrilişi hazırlayırdı?

Kamal Aliyev: Zatulin Ermənistanda dövlət çevrilişi hazırlayırdı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
254 0

Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin müavini Konstantin Zatulinin Ermənistana girişi qadagan olunub.Məlumdur ki,K.Zatulin qatı ermənipərstliyi ilə seçilən rus siyasətçisidir və elə bu səbəbdən Azərbaycan da onu “arzuolunmaz”şəxs hesab edir.Açıgı deyim ki,Zatulinin rəsmi Yerevan tərəfindən “persona non-qrata”elan olunması ilk baxışdan təəccüblü görünsə də,bütövlükdə bu addımın təsadüfü olmadıgını iddia etmək mümkündür.Ələlxüsus,Zatulinə tətbiq olunmuş qərarın Ermənistanın baş naziri Nikol Paşinyanaşın ailə qəzeti “Haykakan Jamanak”qəzetində dərc olunması diqqət çəkən məqamdır.
Əvvala,onu qeyd edim ki,K.Zatulin Ermənistanın ikinci prezidenti,Qarabag cəlladı Robert Köçəryanla yaxın dostdur.O,tez-tez Yerevana səfər edir və hər dəfə də Köçəryanla görüşdükdən sonra Paşinyanın əleyhinə fikirlər söyləyirdi.Konkret olaraq,A.Zatulin açıq-aydın Ermənistan hökumətini 44 günlük Qarabag müharibəsində məglub oldugunu,Paşinyan iqtidarının ölkəsinin suveren azisindən Azərbaycana “koridor”verəcəyini bildirirdi.Hətta Zatulin bir az da dərinə gedərək deyirdi ki,Paşinyan istefa verməlidir,çünki,o,Ermənistan-Rusiya münasibətlərini korlayır.Şübhəsiz ki,Zatulinin ittihamları olduqca sərtdir və ona qarşı erməni hökumətinin gec-tez tədbir görəcəyi təxmin edilirdi.
Bayaqda vurguladıgım kimi,Zatulin sabiq erməni prezident R.Köçəryana yaxındır və bu,onun Yerevandakı revanşist,anti-Qərb siyasətçilərinə stavka etdiyinə açıq sübutdur.Digər tərəfdən,Zatulinin Ermənistana davamlı səfərləri,rus televiziyalarına Paşinyan hökumətini sərt tənqid etməsi Yerevanda iqtidar komandası daxilində dərin şübhələr yaratmışdı.Yəni,Paşinyan hökuməti təxmin etmişdi ki,Rusiya Zatulin və başqalarının əli ilə Ermənistanda “dövlət çevrilişi”planının altyapısını hazırlayır.Onu da nəzərə almalıyıq ki,Ermənistan ordusunda,hüquq mühafizə orqanlarının daxilində Moskvanın “5-ci kalonu”sin vaxtlar olduqca aktivləşib.Xüsusilə,noyabrda Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə Əliyev-Mişel-Paşinyan arasında növbəti üçtərəfli görüşün keçiriləcəyi və nəhayət,ilin sonuna qədər sülh müqaviləsinin imzalanacagı istiqamətində müzakirələrin getdiyi bir vaxtda,Kremlin Ermənistandakı “yatmış hüceyrələri”nin aktivləşməsi sıradan bir hadisə hesab edilə bilməz.Təsəvvür edin ki,Qarabag problemini nəzərdə tutan “Vaşinqton sənədi”nin yayılmasında da əsas şübhə Ermənistandakı Rusiyanın tərəfdarlarının oldugu deyilir.Üstəgəl,Rusiya XİN-nin sözcüsü Mariya Zaxarovanın Qərbi açıq tənqid etməsi və deməsi ki,”Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir”bu,Kremlin ciddi narahatlıq keçirdiyini göstərir.Rusiya onun fərqinə varıb ki,Qərbin Cənubi Qafqazda güclənməsi onun geopolitik hədəflərini “sarvat”edəcək.Elə bu səbəbdəndir ki,Rusiya prezidenti V.Putin yaxın gülərdə Əliyev və Paşinyanla görüşəcək.Halbuki,Putin istəsəydi,Astanda Əliyev və Paşinyanla biraraya gələ bilərdi.Düşünürəm ki,Paşinyan artıq Kreml ilə körpülərini yandırıb və onun Putinin dəvətini qəbul edib Moskvaya gedəcəyi elə ciddi nəticə verməyəcək.Paşinyan da dərk edir ki,Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləməkdədir və indi Ermənistan hökumətinin məqsədi Moskvanın orbitindən maksimum uzaqlaşıb,Qərbə inteqrasiya etməkdir.Hətta Paşinyan bu istiqamətdə hakimiyyətlə vidalaşmagı da nəzərə alıb.İndi qarşıdan gəlın iki ay Paşinyan və onun hökuməti üçün olduqca kritikdir.Mümkündür ki,Rusiya Ermənistan daxilindəki “5-ci kalonu”hərəkətə gətirsin.Hər halda,Zatulinin Ermənistanda “arzuolunmaz”şəxs elan edilməsi belə düşənməyə əsas verir.Ermənistanda təlatümlü hadisələrin,siyasi qiyamın baş verməsi ehtimalı daha da güclənir.Maraqlıdır ki,Paşinyan Kremlin “dövlət çevrilişi”planını bilirmi və yaxud buna qarşı hansı preventiv qərarları verəcək…
Gözləyək,görək proseslər necə nəticələnəcək…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir