KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Yunanıstan Azərbaycana qarşı niyə “ermənipərəstlik”edir?

Kamal Aliyev: Yunanıstan Azərbaycana qarşı niyə “ermənipərəstlik”edir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
226 0

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ermənistana səfər edib.Xatırladım ki,2 il əvvəl də cənab Dendias Ermənistana səfər etmişdi.Ümumiyyətlə,Afina hal-hazırda Türkiyə-Azərbaycan tandeminə qarşı Ermənistana dəstək verməklə,güya Ankara ilı arasında balans yaradır.Ancaq məsələni dərindən təhlil etsək,Yunanıstanın Ermənistanla indiki məqamda “həmrəylik”(və ya həmrəy olmaga cəhd etməsi)nümayiş etdirməsi birmənalı olaraq Türkiyə diş qıcamaqdır.Bilirik ki,Yunanıstan-Türkiyə münasibətləri hazırda Egey və Şərqi Aralıq dənizi hövzəsində gərgindir və Afina ABŞ və Avropa İttifaqlnın dəstəyini alaraq Ankaraya qarşı strategiya gəlişdirir.Nikos Dendiasın Yerevana səfərinə gəlincə,mənim diqqətimi daha çox yunan baş diplomatının tviterdə yazdıgı fikirlər oldu.Belə ki,Dendias yazır ki,o,Yerevana səfərində bu ölkənin baş naziri Nikol Paşinyan,xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyanla görüşüb.Dendiasın son cümləsi isə belədir:Yunanıstan Ermənistanla tam həmrəylik nümayiş etdirir.Yunan baş diplomat həmkarı Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında onu da bildirib ki,xəritələri yenidən cızmaq istəyın dövlətlərə mesajım budur ki,revizyonçu siyasətiniz ugursuzluga düçar olacaq.Dogrudur,Dendiasın mesajında konkret Azərbaycanın adı yoxdur,ancaq yunanlı nazirin qəsd etdiyi dövlət həm də Türkiyədir.Bele deyim ki,Nikos Dendias bir diplomat olaraq,”dövlətlər”sözünü cəm halda səsləndirir və bununla da Azərbaycan və Türkiyəyə mesaj vermiş olur.
Şübhəsiz ki,indiki geopolitik dəyişikliklər kontekstində Afinanın Cənubi Qafqaza maraq göstərməsi və Ermənistanla “həmrəylik”sərgiləməsi əbəs deyil və Miçotakis hökuməti həm Egey,Şərqi Aralıq dənizindəki problemləri,həm də gücsüz,balaca Ermənistanı istifadə etməklə,dünya ictimaiyyətini Azərbaycan-Türkiyə tandeminə qarşı səfərbər etmək istəyir.Yoxsa ki,nə Yunanıstan Türkiyənin,nə də Ermənistan Azərbaycanın rəqibi deyillər.
Eyni zamanda,Nikol Paşinyanın Fransaya gedib bu ölkənin prezidenti Emanuel Makronla görüşü,Afina-Paris arasındakı hazırki münasibətlərin yüksək səviyyədə oldugunu nəzərə alsaq,Bakı və Ankara bundan sonra diplomatik müstəvidə həmlələrini birgə koordinasiya etməlidir.
Hətta Yunanıstan bundan sonra Ermənistanla münasibətlərini dərinləşdirər və beynəlxalq platformalarda Azərbaycanı “aqressiv siyasət”yürütməkdə ittiham edərsə,Bakı həm bu ölkəyə neft-qaz satışını dırhal dayandırmalı və Şimali Kiprin müstəqilliyini rəsmi tanınmasını nəzərdən keçirməlidir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir