KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Yeni Dünya Nizamında qüvvələr balansı necə bölünə bilər?

Kamal Aliyev: Yeni Dünya Nizamında qüvvələr balansı necə bölünə bilər?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
36 0

Bu gün Pakistan İslam Respublukasının prezidenti Arif Alvi bu ölkənin baş naziri İmran Xanın müraciətini əsas alaraq,Milli Assambleyanı(Pakistan parlamentinin alt qanadı)buraxdı.Baxmayaraq ki,Pakistanın nazirlər kabineti də buraxılıb,ancaq baş nazir İmran Xan vəzifəsini icra etməkdə davam edəcək.
İndi deyə bilərsiniz ki,Pakistan və İmran Xanla Yeni Dünya Nizamı(YDN)arasında hansı korellasiya var?

Məsələ bundan ibarətdir ki,Yeni Dünya Nizamında 220 milyon əhalisi,nüvə arsenalı olan Pakistanın da xüsusi rolu ola bilər.Ümumiyyətlə,Pakistan federativ dövlət sistemi ilə idarə və bu ölkələrdə hər əyalətin öz dili,bayragı,parlamenti,hətta marşı belə var.Məsələn,Orta Əsr Avropasında da belə idi;hər qəsəbənin,hər kəndin kralı,bayragı vardı.Və bu kiçik krallıqlar mərkəzdə vahid kral tərəfindən idarə olunurdu.

Pakistanın baş naziri İmran Xan ABŞ-da sevilməyən siyasi liderdir.Pakistan parlamentində İmran Xanın “İnsaf” Hərəkatının 155 deputatı olmasına baxmayaraq,az qala ona qarşı impiçment baş tutacaqdı.Müxalifətdəki Bənəzir Buhutto məktəbindən gələn solçular,kommunistlər,şiə qruplar və Pərviz Müşərrəf tərəfindən devrilən Nəvaz Şərifin qızı Məryəm Nəvaz Şərif İmran Xana qarşı parlamentdə etimadsızlıq qərarı çıxarmaq istədilər.Alınmadı.Daha dogrusu,ABŞ-ın İmran Xanı devirmək planı suya düşdü.ABŞ ona görə İmran Xanı gözdən çıxarıb ki,o,Rusiya-Ukrayna müharibəsində neytral mövqe tutub.Əvəzində Rusiya prezidenti V.Putin İ.Xana ucuz neft və qaz satacagını vəd edib.Nəzərə alsaq ki,Pakistan ordusunda ABŞ-ın şəbəkəsi zəif deyil.İmran Xan hələ ki dirənir və bu,Pakistanın Yeni Dünya Nizamında hancı cəbhədə yer alacagını müəyyənləşdirir.Pakustan Çin və Rusiyanın liderliyində qurulacaq mümkün Avrasiya İttufaqında yer alacaq.

Fransa və Almaniyanın YDN-dəki yeri.

Şübhəsiz ki,həm Fransa,həm də Almaniya Yeni Dünya Nizamında ABŞ-ın liderlik etdiyi Atlantika blokunda yer alacaqlar.Ancaq Berlin və Paris əvvəlki gücünü qoruyub saxlaya bilməyəcəklər.

Yadınızdadırsa,bir müddət əvvəl Fransa prezidenti E.Makron bəyan etmişdi ki,NATO beyin ölümü keçirib və komadadır.Yelisey sarayının sahibi müstəqil Avropa İttifaqı ordusundan danışırdı.Lakin Ukraynada baş verən hadisələr E.Makronun arzusunda oldugu Aİ ordusi ideyasını birdəfəlik məzara gömdü.Proqnozum budur ki,Qərbi Avropa qarşıdakı illərdə iqtisadi böhranla üzləşəcək.Böyük Britaniya “Brexit”ilə Aİ-dən elə bu günlər üçün ayrıldı.Siz baxmayın ki,Fransa və Almaniya liderləri “Biz Rusiyaya təbii qazın pulunu rubulla ödəməyəcəyik”demələrinə,bir az baş qatacaqlar,sonra isə türklər demişkən,tıpış-tıpış rubulla ödəyəcəklər.Ödəməsələr,iqtisadi resessiyaya hazır olsunlar.Reallıq budur ki,Qərbi Avropa artıq ABŞ-tam nəzarətinə keçəcək.

Atlantik koalisiyasındakı digər üzvlər isə Kanada,Böyük Britaniya,Avstraliya və Yaponiya da olacaq.
Gələcək perspektivdə Rusiya-Ukrayna müharibəsinin qalibi Putin olacaq.Çünki Putin qalib gəlməlidir ki,Çinlə birlikdə Avrasiya koalisiyasını qura bilsinlər.ABŞ isə maksimum çalışır ki,Rusiya Ukrayna bataqlıgında bir müddət də çabalasın.

Çinə gəldikdə isə,Afrikanın xeyli hissəsi,Latın Amerikanın da müəyyən qismi Avrasiyanı(Çinin)təsir orbitindədir.Deyə bilərsiniz ki,Rusiya tam təcrid olunacaq.Xeyr,Rusiyanın tam təcrid olunması anqlo-sakson ittifaqın da təcrid olunmasına gətirib çıxara bilər.Hələ ki,Avropa İttifaqının geopolitik məglubiyyətini sezə bilirik.Aİ-nin geopolitik məglubiyyəti və iqtisadi çətinliklər onu daha da anqlo-sakson koalisiyadan asılı hala salacaq.

Körfəz monarxlarının YDN-dəki mövqeyi.

Bir neçə həftə əvvəl “Wall Street Journal”qəzeti yazmışdı ki,Səudiyyə Ərəbistanı və BƏƏ-nin kralları ABŞ prezidenti Co Baydenin telefonlarına cavab verməyiblər.Mən bilmirəm ki,bu məlumat həqiqəti nə qədər əks etdirir.Lakin bir məqam məlumdur ki,Səudiyyə Ərəbistanı neft və qaz qiymətləri ilə baglı Rusiya ilə razılıga gəlib.Üstəlik,Çin və Səudiyyə Ərəbistanı arasındakı ticarətdə bu ölkənin milli valyutası yuandan istifadə haqqında ümumi konsensus var.Təbii ki,bu,Vaşinqtonu qəzəbləndirir.1944-cü ildə ABŞ-ın Bretton Vuds qəsəbəsində 33 ölkə toplanıb qlobal finans sistemi yaratmışdılar.Daha sonra ötən əsrin 60 və 70-ci illərində ABŞ dolları dünyanın vahud rezerv pul vahidi oldu.Görünən budur ki,YDN-də ikinci bir finans sistemi,yeni SWIFT,hətta internet də ikiyə ayrılacaq.

Xülasə,qarşıdan gələn illərdə dünyada iki və ya çöxqütblü dünyanı görəcəyik:Atlantika və Avrasiya.

P.S.Yeni Dünya Nizamında Türkiyə hansı cəbhədə yer alacaq? Bu haqda növbəti yazıda…

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.