KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Yeni Dünya Nizamında Cənubi Qafqazın statusu necə olacaq?

Kamal Aliyev: Yeni Dünya Nizamında Cənubi Qafqazın statusu necə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
329 0

Rusiyanın fevralın 24-ündə Ukraynaya qarşı başlatdıgı müharibə və bu prosesin hələ də davam etməsi özü ilə bərabər yeni geopolitik dəyişiklikləri də ortaya çıxarıb.

Əslində,bundan əvvəlki 2 dünya müharibəsindən sonra da YDN və geosiyasi mənzərə dəyişmişdi.Bu gün Ukraynada baş verən qanlı müharibə yeni geosiyasi sistemə keçid mərhələsidir və biz bunun sancılarını yaşayırıq.

Ukraynadakı müharibə,görünür,hələ də davam edəcək.Və müharibə davam etdikcə,bizdən-Cənubi Qafqaz ölkələrindən də konkret mövqe tələb ediləcək.Düşünürəm ki,Cənubu Qafqazın üç kiçik ölkəsi-Azərbaycan-Gürcüstan və Ermənistan bir müddət sonra Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara qoşulmaq dilemması ilə qarşı-qarşıya qalacaqlar.

Qərb hazırda Azərbayca və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır və hətta belə ifadə edərdim ki,son 30 ildə ilk dəfə Ermənistana təzyiq göstərir.Qərb maragındadır ki,Ermənistan Azərbaycan və Türkiyə kimi qonşu ölkələrlə ənənəvi düşmənçilik siyasətinə son qoysun və daha sonrakı perspektivdə Rusiyanın çətirinin altından uzaqlaşsın.

Dogrudur,Ermənistanın Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir,lakin bu,strateji əlaqələri özündə ehtiva etmir.Ermənistan 31 ildir müstəqil dövlətdir,ancaq hələ də Tehran və Tbilisi ilə münasibətlərini strateji səviyyəyə qaldıra bilməyib.

Adətən belə olub ki,beynəlxalq münasibətlər sistemində yeni geopolitik reallıqlar yaranarkən,bu,kiçik dövlətlərə fürsətlərlə yanaşı,təhlükələr də yaradır.Təbii ki,bunu hazırda Ermənistanın baş naziri N.Paşinyan və erməni müxalifəti də dərk edir.Bu gün Yerevanın Fransa meydanında revanşist müxalifətin etiraz aksiyaları sadəcə olaraq,”Artsax”ın müqəddaratı ilə baglı deyil,həm də YDN-ə rusyönümlülərin müqavimətidir.Hətta Ermənistan müxalifəti “Müqavimət Hərəkatı”adlı platforma yaradıb ki,bunun da mahiyyəti yeni geopolitik dəyişikliklərə müqavimətdir-şübhəsiz ki,Rusiyanın baxış bucagından.

Ermənistan,Azərbaycan və Gürcüstanın önündə Avropaya inteqrasiya perspektivi yaranıb.Cənubi Qafqaz kontinental Avropa üçün cənub-şərq regionudur.Yəni,Cənubi Qafqaz Avro-Atlantika cografiyasının bir hissəsidir.

Üstəlik,Ermənistan və Gürcüstan “Qlobal Demokratiya Formu”nun üzvləridirlər.
Yuxarıda da vurguladıgım kimi,24 fevraldan sonra çox şey dəyişib;Cənubi Qafqaz respublikalarının qarşısında Rusiyanın caynagından qurtulmaq,demokratik institutları Qərb standartlarına uygunlaşdırmaq və iqtisadi inkişaf potensialı kimi vacib məsələlər durur.

Cənubi Qafqaz ölkələri Rusiya ilə münasibətlərinə yenidən baxmalı(düşmən olmaq mənasında demirəm),öz geopolitik və geoiqtisadi hədəflərində yekun qərar verməlidirlər.
Əlbəttə,bu,tez bir zamanda baş verə bilməz.Bunun üçün ən başlıcası siyasi iradəyə ehtiyac var.

Yeni Dünya Nizamında qərar verilməlidir:ya Qərblə gələcəyə dogru inkişaf,ya da Rusiya və Çinin orbitində qərar tutmaq.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir