KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Xankəndidəki “anti-Arutyunyan” aksiyası niyə təşkil olunmuşdu?

Kamal Aliyev: Xankəndidəki “anti-Arutyunyan” aksiyası niyə təşkil olunmuşdu?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
302 0

Ötən gün Xankəndidə yaşayan bir qrup erməni separatçıların lideri Arayik Arutyunyanla görüşmək üçün ona yarım saat vaxt vermişdilər.Ermənilər istəyirdilər ki,separatçıların lideri Arutyunyan çıxıb onlara son vaxtlar yaşsyan proseslər haqqında məlumat versin.Görünür,Qarabag erməniləri Ermənistanın baş naziri Nikol Paşinyanın “regionda reallıgın dəyişdiyini və Yerevanın bu istiqamətdə heç bir addım atmayacagını”deməsinə görə,Araikdən hesabat tələb etmək istəyiblər.Təbii ki,Xankəndidəki bu aksiyanın keçirilməsində Ermənistan hökumətinin maragı oldugu istisna edilməməlidir.Çünki,bir müddət əvvəl Nikol Paşinyan Qarabagın statusu ilə baglı demişdi ki,indiki situasiyada nə Avropa,nə ABŞ,nə də Rusiya Qarabagın statusunu tanımıyacaq.Hətta o,demişdi ki,Azərbaycan və Ermənistan arasında imzalanması ehtimal olunan yeni sülh müqaviləsində “artsax”ifadəsi olmayacaq.Bu,o deməkdir ki,gələcəkdə Qarabagdakı ermənilərin Azərbaycanın yurisdiksiyasını qəbul etməkdən başqa çarəsi yoxdur.
Yəni Paşinyan hökuməti hazırki geosiyasi konteksti anlayır ki, Qarabagın gələcək statusu bilavasitə rəsmi Bakıdan asılıdır.
O ki qaldı Qarabagdakı separatçı tör-töküntülərə qarşı hər hansı müdaxiləyə,indiki etapda Azərbaycanın bu addıma əl atacagı mümkün görünmür.Həmçinin,Xankəndi vı ətraf ərazilərdə rus hərbçilərinin mövcudlugu da buna münasib imkan yaratmır.Onu da nəzərə almalıyıq ki,indiki danışıqlar kontekstində Bakının Xankəndidəki separatçılara müdaxiləsinə Qərb də müsbət münasibət sərgiləməyəcək.Azərbaycan prezidenti İlham Əliyev Qarabagdakı erməniləri öz vətəndaşı hesab edir və onların daxili qanunvericilik əsasında digər azərbaycanlılarla eyni hüquqlara sahib olacagını deyir.Baxmayaraq ki,Qarabagdakı ermənilər Azərbaycanın tərkibində yaşamayacaqlarını deyirlər,Kosovaya bənzər sistem tələb edirlər,bu,qətiyyən mümkün görünmür.

Bir nüansı da vurgulayım ki,Xankəndidəki aksiyanın erməni milyarder Ruben Vardanyanın Arutyunyanı əvəz etməsi və ya edəcəyi də ola bilər.Bir neçə gün öncə Arutyunyan Vardanyana geniş səlahiyyətli “dövlət naziri”postu təklif etmişdi.Əlbəttə,bu ssenari Rusiyaya aiddir və plana görə,Kreml Vardanyanı Qarabag separatçılarının lideri edir,daha sonra isə Arutyunyanı Moskvaya aparacaq.Artıq Vardanyan da Araikin təklifinə müsbət cavab verdiyini də açıqlayıb.Yaxın tarixdə mümkündür ki,Vardanyan Arutyunyanın yerinə Qarabagdakı xuntanın lideri olsun.Bu,onu göstərir ki,Rusiya Qarabagdakı hərbçilərini regionda hələ uzun müddət saxlamagı düşünür və dolayı yolla Azərbaycan ərazisində separatçı ünsürlərinin hamisi rolunu əldən vermək istəmir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir