Əvvəlcə ondan başlayaq ki,İrandakı ən aktual mövzu ali rəhbər Seyid Əli Xamaneinin varisinin yox,növbəti prezidentin kimliyidir.
Əlbəttə,İran qapalı,totalitar və daxili dinamikaları olan bir ölkədir.Hətta bu diyarda belə demək mümkünsə,dövlət və qeyri-dövlət iyerarxiyasında bütün proseslərə ali rəhbər Xamanei və onun dəftərxanası nəzarət edir.
Digər yandan,1979-cu ildəki islam inqilabının əsas hədəfi pəhləvilər sülaləsinin mövcudluguna son qoymaq,monarxiyanı aradan qaldırmaq və vilayəti-fəqih sisteminə əsaslanan islam respublikası qurmaq idi.Yəni,bu gün 86 yaşlı ali rəhbər Xamanei özündən sonra varis olaraq övladlarından birini düşünürsə,bu,bütövlükdə rejimin əsaslarına,ideoloji xəttinə uygun gəlmir.Belə olan təqdirdə,ata Xamanei özünün varisi olaraq övladlarından birini yerinə təyin etdirərsə,o halda,rejimin əsaslarına zərbə vurmuş olacaq.Nəzərə alsaq ki,hazırda İrandakı gənc və orta nəsl arasında islam rejiminin mahiyyəti sorgulanır və bu,o demək olur ki,ata Xamanei bir çoxlarının düşündüyü kimi,monarxiya sisteminə keçməz.Dogrudur,praktik siyasətdə hər şey mümkündür,lakin bu variant az ehtimal olunanlar sırasındadır.
Bundan əlavə,adı çox zikr edilməsə də,ata Xamaneinin varisi kimi onun övladlarından Müctəba Xamanei yox,Məsud Mövsüm(Hüseyni)Xamanei də düşünülür.Məsud Hüseyni Xamanei ali rəhbər Seyid Əli Xamaneinin üçüncü övladı və Müctəba ilə Meytəmin qardaşıdır.Üstəlik,Məsud Xamanei “Hüccətül-İslam”tituluna sahibdir və Ekspertlər Məclisindəki Seyid Möhsün Xərazinin bacısı ilə evlidir.O da məlumdur ki,İranın yeni ali rəhbərinin təyin olunmasında Ekspertlər Məclisi əsas qərarverici orqandır.
Seyid Məsud Xamaneiyə gəlincə,o,nadir hallarda publika önündə olur və daha çox Qum elm hövzəsində müəllim kimi fəalliyyət göstərir.Məsud Xamanei heç bir rəsmi və yaxud qeyri-rəsmi dövlət vəzifəsi tutmur və ən başlıcası,atası Əli Xamaneinin köməkçisi kimi fəaliyyət göstərir.
Yekun olaraq,Məsud Xamanei qardaşı Müctəbadan daha çox atasının varisi olmaga şanslıdır.