KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Xamaneinin müşaviri Vilayəti azərilərə barışıq əli uzatdı

Kamal Aliyev: Xamaneinin müşaviri Vilayəti azərilərə barışıq əli uzatdı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
233 0

İran İslam İnqilabının ali rəhbəri Seyyid Əli Əkbər Xamaneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti SEPAH-a yaxın tasnimnews.com portalı üçün yazdıgı məqalədə bildirib ki,hər azəri iranlı,hər iranlı da azəridir.Vilayətiyə görə,bütün İran vətəndaşları “iranlı”identifikasiyasına sahibdirlər.Xamaneinin müşaviri yazıb ki,azərilər İranın tarixində və ölkənin müdafiə olunmasında mühüm rol oynayıblar.Müəllifin fikirincə,İran heç vaxt qonşu Azərbaycana hücum edib oranı işgal etmək istəməyib.Mümkündür ki,Vilayətini belə məqalə yazmaga ali rəhbər Xamanei sövq edib.Ona görə ki,bir müddətdir Azərbaycan və İran mediasında qarşılıqlı ittihamlar səsləndirilir.Xüsusilə,İrandakı teokratik rejimə qarşı 2 aydır davam edən xalq etirazlarında azərbaycanlılar da fəal iştirak etməkdədirlər.Görünür,rejim azərilərin İranın tarixində oynadıgı tarixi rolu bilir və bu səbəbdən,anlar zeytun budagı uzadır.Vilayəti yazdıgı məqalədə bildirir ki,o,Elburus dagının ətəklərində dünyaya gəlib və özünü iranlı,hətta azəri sayır.Maraqlıdır ki,Vilayəti məqaləsində Şah İsmayıl Xətsiyə də yer verir və azərilərin şiə olmasını qabardır.Bundan əlavə,Vilayəti azərbaycanlı nüfuzlu şiə din xadimlərinin də adını çəkir.
İrandakı rejimə qarşı mübarizədə sünnü kürdlər,türkmənlər və bəluclar da fəallıq nümayiş etdirirlər.Vilayəti isə bilir ki,azərbaycanlıların sayı kürdlərdən,türkmənlərdən və bəluclardan dəfələrlə çoxdur.Üstəlik,azərbaycanlıların məzhəbi şiədir və bu,onların farslarla eyni məzhəbə qulluq etdiyini göstərir.Xamaneinin müşaviri Vilayəti 90-cı illərdə İranın xarici işlər naziri olub və Azərbaycanı yaxşı tanıyır.Görünür, prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının zirvə görüşündə Azərbaycandan kənarda yaşayan azərbaycanlıların hüquqları ilə baglı dedikləri rejimi ciddi narahat edib ki,Xamanei dərhal müşaviri Vilayətiyə məqalə yazdırmaqla bu insanları könlünü almaga cəhd edib.Ancaq rejim onun fərqindədir ki,onmilyonlarla azərbaycanlı mollakratiyanı tarixin arxivinə göndərmək iqtidarındadır.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir