KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Xamaneinin “əxlaq polisi”nədir,kimdir və qadınlardan nə istəyir?

Kamal Aliyev: Xamaneinin “əxlaq polisi”nədir,kimdir və qadınlardan nə istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
318 0

İranlı 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına əməl etmədiyinə görə “əxlaq polisi”tərəfindən təzyiqə məruz qalması və daha sonra dünyasını dəyişməsi ətrafında söz-söhbətlər,gərginliklər davam edir.

Xüsusilə,İran İslam Respublikasında”İrşad dövriyəsi”adlanan,sosial həyatın təhlükəsizliyini qorumaqla mükəlləf olan polis qüvvələri ətrafında ciddi müzakirələr davam edir.İranda “əxlaq polisi”adlanan məlum irşad dövriyələri 2005-ci ildə keçmiş prezident Mahmud Əhmədinejad tərəfindən yaradılıb və əsas məqsədi də insanların sıx toplaşdlgı parklarda,xiyabanlara,metro stansiyalarında,alış-veriş mərkəzlərində qadınların geyiminə nəzarət etməkdir.Belə ki,”əxlaq polisi”(moda polisi)adlanan şəxslər saqqallı kişilərdən və qara çadralı qadınlardan seçilməklə,3-6 nəfərlik qruplar halında,adətən yaşıl rəngli mikroavtobuslardan istifadə edirlər.Teokratik rejim “əxlaq polisinə”geniş imtiyazlar verib və bu adamlar “dini qaydalara”uygun gəlməyən paltarlar,hicablar geyinən qadınları ya pul cəzasına məhkum edir,ya onlardan bundan sonra qaydalara əməl etmələri haqqında izahat yazdıraraq imza atdırır.Lakin Xamaneinin “əxlaq polisinə”dirənənlər polis bölmələrinə aparılır,onlara şəriət mövzuları izah edilir,daha sonra qadının atası,əmisi və ya qardaşının gəlməsindən sonra saxlanılan şəxs sərbəst buraxılır.

Diqqət yetirsək,”əxlaq polisi”adlanan bu sistemin nə qədər əxlaqsız,mənasız oldugunu görürük.Maraqlıdır ki,”əxlaq polisi”olmaq istəyənlər daha radikal,amansız,sərt tiplərin arasından seçilir.
Belə ki,kişilər saqqallı olmalıdırlar,qadınlar isə qara çadra geyinməli,şəriət qaydalarını dərindən bilməlidirlər.Adətən “əxlaq polisi”adlanan bu şəxslər nursuz,qəddar və sərt tiplər olurlar.
Məlumdur ki,”İrşad dövriyəsi”adlanan bu səlahiyyət sahibləri İranda müəyyən vaxtlarda qadınları döyüb,küçələrdə onların saçlarını yolub və ən agır təhqirlərə də məruz qoyublar.Bu,haqda İranda kifayət qədər faktlar var.
Yəni hər kişi və qadın “əxlaq polisi” olmaq istəyir deyə seçilmir və İranda bu sahədə də ciddi rəqabət var.

Yeri gəlmişkən,təkcə 2014-cü ildə İranda “əxlaq polisi”tərəfindən 200 min nəfər dini qaydalara görə geyinmədiyinə görə peşman olduguna dair sənəd imzalayıb.Bundan başqa,2014-cü ildə 18 min nəfər hakim qarşısına çıxarılıb,3 milyon qadına isə xəbərdarlıq edilib.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir