KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Vladimir Putini analiz etmək niyə çətindir?

Kamal Aliyev: Vladimir Putini analiz etmək niyə çətindir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
345 0

Hal-hazırda dünya ictimaiyyətini belə bir sual düşündürür:Rusiya prezidenti Ukraynayı işgal edəcəkmi,və ya o,bu işgala konkret nə vaxt qərar verəcək…

Təbii ki,bu suala birmənalı cavab vermək çətindir.
Lakin bir məsələni istəsək də,istəməsək də etiraf etməliyik ki,V.Putin mürəkkəb persona olmaqla yanaşı,geopolitik oyunçudur.
Sanki qarşımızda iki Putin var:biri hər şeyi bir gözqırpımında dagıtmaga hazır olan,digəri isə dialoqa açıq olan biri.
Hətta Putinin personasını iki hissəyə ayırmaq mümkündür..

1)Rasional düşünərək adekvat qərarlar ala bilər.

2)Bir anda özünə nəzarəti itirib dəlilik dərəcəsinə çata bilən Putin.

Gördüyüm budur ki,Qərb siyasətçiləri hər iki Putini düşünərək ona deyirlər ki,əgər sən Ukraynada hər hansı “dəlilik”etsən,biz sənin iqtisadiyyatını bərbad edəcəyik,ətrafındakı oliqarxları müflisləşdirəcəyik,bir sözlə,səni etdiklərinə peşman edəcəyik.

Digər tərəfdən,Qərb Putinə açıq qapı buraxır,hətta ona “müəyyən”güzəştlərə gedə biləcəyini də vurgulayır.
Dediyim kimi,V.Putinin personasını oxumaq,onu psixoloji cəhətdən analiz etmək olduqca mürəkkəbdir.

Son vaxtlar Putində etdiyim müşahidələrdə bir məqamı sezirəm ki,o,emosional və eksantrik təmayüllərə yuvarlanır.V.Putin sürətlə paranoyaklaşır,lakin daha sonra özünü sakitləşdirə bilir.

Yadınıza salım ki,V.Putin ötən il iki məqalə yazmışdı.Onlarda biri 5 min sözlük məqalə idi ki,Putin həmin yazıda ruslarla ukraynalıların tarixi ittifaqından və Ukraynanın müstəqilliyinin tarixi “səhv”olacagını göstərmişdi.
Gördüyünüz kimi,Putin Ukrayna və ukraynalıları özünə o qədər dogma bilir ki,bu ölkə üçün hər yola ətacagını gizlətmir.Obrazlı ifadə etsəm,Putin Ukraynayı öz dogma balası kimi görür və onu “yada”vermək istəmir.

V.Putin ikinci məqaləsində isə belə yazmışdı ki,Nasist Almaniyasını 1941-ci ilin iyununda SSRİ-yə qarşı hücumunu İngiltərə və Fransa təşviq etmişdi və indi də eyni ssenarini Ukrayna vasitəsi ilə edə bilərlər.

Əvvala,Putin nə qədər aqressor olsa da,agıllıdır,hiyləgərdir.O,bilir ki,NATO daxilində konsolodasiya olmadıgına görə,heç kim onunla üz-üzə gəlməyə risq etməyəcək.
İndi Rusiya və Belorus arasında ongünlük hərbi təlimlər başlayıb.Və bu hərbi təlimlər Belorus-Ukrayna sərhədindədir.

Təsəvvür edin ki,Belorus sərhədindən Ukraynanın paytaxtı Kiyevə qədər olan məsafə cəmi 150 km-dir.
Üstəlik,Rusiyanın cənub sərhədindən Ukraynanın ikinci ən böyük şəhəri Xarkova isə məsafə 80 km-dir.
Nəzərə alsaq ki,Əfqanıstandan fərqli olaraq,Ukraynanın cografi mövqeyi,relyefi daglıq,qayalıq yox düz ərazilərdir.
Həm də Ukrayna əhalisinin rəsmi statistikaya görə 17,3%-i etnik ruslardır.Bu ölkənin parlamentində konkret olaraq Kremldən idarə olunan ana müxalifət var,rusyönümlü oliqarxların media orqanları var.Yəni,bir sözlə,Rusiyanın Ukraynada 5-ci kolonu zəif deyil.

Putin blefmi edir?

Putin Moskvada fransalı həmkarı Makronla görüşündə dedi ki,biz qazananı olmayan Rusiya-NATO müharibəsi istəmirik.
Bu,o deməkdir ki,əgər siz bizimlə müharibə etsəniz,bizimlə birlikdə məhv olacaqsınız.
V.Putinə yaxın olan jurnalist Dmitri Kiselyov isə deyir ki,əgər Qərb və Rusiya arasında dəhşətli müharibə baş verərsə,artıq bu,nüvə müharibəsi mənasına gələcək.Kiselyov onu da deyir ki,Rusiyaya Rusiyasız dünya lazım deyil və bu halda Qərb də radioaktiv külə dönəcək.
Sadəcə,belə şeyləri eşitmək belə insanı dəhşətə salır.
Çox aqressiv bir siyasi paronayakla qarşı-qarşıyayıq…
Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir