KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Vaşinqtonun Qarabag həmləsi sülh gətirəcəkmi?

Kamal Aliyev: Vaşinqtonun Qarabag həmləsi sülh gətirəcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
158 0

Bu gün Vaşinqtonda Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü keçirilir.Verilən məlumat ondan ibarətdir ki,iki nazir arasındakı Qarabag danışıqlarının əsas məzmunu sülh müqaviləsinin məxzi,detalları olacaq.Hətta belə demək mümkünsə,ilkin mərhələ olaraq sülh müqaviləsinin konseptual əsaslar,çərçivə sülh sazişinin prinsipləri ətrafında danışıqlar olacaq.

Şübhə yoxdur ki,Vaşunqtonun təşəbbüsü ilə Bayramov və Mirzoyan arasında keçirilən görüş(lər)gərgin olacaq.Əvvala,ABŞ-ın dövlət katibi Entoni Blinken dünən Azərbaycan prezidenti İlham Əliyev,ötən gün isə Ermınistanın baş naziri Nikol Paşinyanla fikir mübadiləsi aparıb.Nikol Paşinyan Laçın dəhlizi üzərində Azərbaycanın sərhəd-buraxılış məntəqəsi yaratmasından Entoni Blinkenə şikayət edib.
Güman etmək olar ki,Vaşinqtondakı Bayramov-Mirzoyan görüşündə erməni tərəfi sərhəd-buraxılış məntəqəsi məsələsini gündəmə gətirəcək.Belə olan təqdirdə,Azərbaycan tərəfi də beynəlxalq hüququn fundamental prinsiplərinə istinad edəcək.
Konkret olaraq Vaşinqtonda Bayramov-Mirzoyan görüşünə gəlincə,mümkündür ki,iki tərəf arasında çərçivə sülh sazişinin hazırlanması və implementasiyası istiqamətində müəyyən razılıqlar əldə olunsun.Vaşinqtonun məqsədi sülh danışıqlarında minumum təşəbbüsü Rusiyanın əlindən almaq,növbəti mərhələdə isə Moskvanı Cənubi Qafqazdan çıxarmaqdır.Bu,asan məsələ deyil və Rusiya da Azərbaycan və Ermınistan arasında növbəti müzakirələrin keçiriləcəyinin anonsunu verib.Görünən budur ki,Qərb və Rusiya Qarabag mövzusunda bir-biri ilə rəqabətin dozasını daha da artıracaqlar.
Növbəti mərhələdə isə,ABŞ Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri arasında Vaşinqtonda görüş keçirməyə çalışacaq.Bu,o halda baş verə bilər ki,hazırda Bayramov və Mirzoyan arasında keçirilən müzakirələrdə minumum nəticə əldə olunsun.Əgər müsbət nəticə olmasa,Əliyev və Paşinyan arasında hər hansı müzakirənin baş tutması qeyri-mümkün görünür.Hazırda Ermənistan Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılmasını istəyir.Azərbaycan tərəfi isə geri addım atmayacagında israrlıdır.Görünür,bu amil istər-istəməz sülh müqaviləsinin paraflanmasın da təsir edəcək.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir