KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Vaşinqton Polşanı Putinlə müharibəyə sürükləyir?

Kamal Aliyev: Vaşinqton Polşanı Putinlə müharibəyə sürükləyir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
35 0

Bir müddətdir üzərində durdugum məsələ odur ki,nə qədər ki,Rusiyanın döyüş təyyarələri Ukraynanın hava məkanında sərbəst hərəkət edirlər,aqressor Putin gec-tez istədiyinə nail olacaq.
Putinin Ukraynaya müdaxilə etməsindən öncə NATO ölkələri Ukraynayı HHM sistemləri ilə təmin etməli idilər.Etmədilər.

Maraqlıdır ki,Ukrayna prezidenti V.Zelenskinin çagırışlarına baxmayaraq,Qərb ölkələri nə bu ölkəyə qırıcı təyyarələr verirlər,nə də hava məkanını qapamaga həvəsli görünürlər.Və gün ötdükcə Ukrayna ordusunun müqavimət gücü zəifləyir,yüzminlərlə insan dogma vətənini tərk edir,ölkənin infrastrukturu alt-üst olur.O ki qaldı rus silahlarının məhv edilməsinə və ya xeyli sayda rus əsgərinin ölməsinə,bu,diktator V.Putinin heç umrunda deyil.
Üstəlik,bu müharibə bitsə belə,Ukrayna ən azı 10-15 il özünə gələ bilməyəcək.

Rusiyanın və Putinin canı cəhənnəmə.Proses uzandıqca,olan ukraynalılara və gözəlim Ukraynaya olur.

Deməli,bir müddətdir Ukrayna prezidenti V.Zelenski Qərb ölkələrindən döyüş qırıcıları tələb edir.ABŞ isə konkret olaraq istəyir ki,Polşa SSRİ zamanından envanterində olan Miq-29 qərıcıları Ukraynaya versin.Diktator Putin isə Ukraynaya hücum etməmişdən əvvəl bəyan etmişdi ki,Ukraynaya dəstək verən ölkə(lər) Rusiya tərəfindən düşmən olaraq qəbul olunacaq.

Nəzərə alsaq ki,Polşa 1999-cu ildən NATO üzvüdür.Yəni,Polşanın aktiv olaraq Ukraynanın yanında(hərbi baxımdan)olması NATO və Rusiyanın qarşı-qarşıya gəlməsidir ki,bu da S.Lavrovun təbirincə,üçüncü dünya müharibəsinin başlanması ola bilərdi.
Üçüncü dünya müharibəsi nüvə və destruktiv hərbi konflikt deməkdir.

Əvvala,Polşa ikinci dünya müharibəsindən əvvəl faktiki olaraq,alman nasistlərinin füreri A.Hitler və sovet diktatoru İ.Stalin arasında nüfuz sahələrinə bölünmüşdü.Daha sonra A.Hitler razılaşmanı pozub 1939-cu ilin sentyabrın 1-də Polşaya hücum etməklə ikinci dünya müharibəsini başlatmışdı.
İndi Polşa prezidenti A.Duda siyasi tarixdən nəticə çıxararaq deyir ki,ölkəsi Miq-29 qırıcılarını ABŞ-ın Almaniyadakı Ramştayn hərbi bazasına göndərməyə hazırdır.Bu,o deməkdir ki,Ukraynaya qırıcı təyyarələri Polşa yox,ABŞ çatdırsın.Bir az da bu məsələni belə açım ki,Polşa ABŞ-a deyir ki,məni Putinin önünə atma,buyur,Rusiya ilə sən döyüş.

Yuxarıda da vurguladıgım kimi,Polşa ikinci dünya müharibəsinin acılarını unutmayıb və növbəti dəfə səhv buraxmaq istəmir.
Bundan əlavə,Polşanın xarici işlər naziri Zbiqnev Rau bəyan edib ki,rəsmi Varşava Miq-29 qırıcı təyyarələrini Almaniyadakı ABŞ hərbi bazasına göndərir və əvəzində bu ölkədən istifadə olunmuş olsa belə F-16 qırıcı təyyarələrini istəyir.Hətta Polşa mediasına nəzər yetirsək görərik ki,hökumətin bu siyasəti “Varşava planı”kimi xarakterizə olunur.

Göründüyü kimi,Ukraynaya bu gün faktiki olaraq nə bombardımançı döyüş təyyarələri verilir,nə də bu ölkənin hava məkanı diktator Putinin üzünə qapadılır.Sanki proses daha da uzadılır ki,Kreml canisi Ukraynayı daha çox xaraba günə qoysun.

Putin isə humanitar koridor vasitəsi ilə əhalinin çıxışından sonra yəqin ki,Ukraynayı daha agır şəkildə bombardımana məruz qoyacaq.Diktatorun gözü dönüb və o,nəyin bahasına olursa-olsun Ukrayayı Qərbə buraxmayacaq.
Əvvəllərdə yazdıgım kimi,V.Putin Ukraynayı Qara dənizdən məhrum etmək,bu ölkənin ərazisində “Novoyarossiysk”planını həyata keçirmək və Dnepr çayının Rusiyanın geopolitik xətti kimi müəyyən etmək istəyir.
Biz isə göz görə-görə gözəl Ukraynanın məhv edilməsini seyr edirik.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.