Rusiyanın Qarabaga göndərdiyi emissarı Ruben Vardanyan Araik Arutyunyan tərəfindən “dövlət naziri”postundan uzaqlaşdırıldıqdan sonra yerinə Qurgen Nersisyan təyin edildi.Maraqlıdır ki,Ruben Vardanyan vəzifəsindən szad olunmasını xaruci təzyiqlə əlaqələndirdi və özünün “əsgər”oldugunu dedi.
Lakin reallıq ondan ibarətdir ki,R.Vardanyanın “mədəni ölü”olmasından Azərbaycan hökuməti ilə yanaşı,Ermənistan iqtidarının da tələbləri rol oynayıb.Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdi ki,Bakı Vardanyanla yox,Qarabagdakı etnik ermənilərlə kontakt quracaq.
Hətta Əliyev açıq-aşkar bəyan etmişdi ki,R.Vardanyan Moskvadan ixrac edilən biridir.Digər tərəfdən,Ermənistanın baş naziri Nikol Paşinyanın da Vardanyana münasibəti mənfi idi.Yəni,Paşinyan əvvəlcədən bilirdi ki,Kreml Vardanyandan Qarabagda istifadə etdikdən sonra onu Yerevanda hakimiyyətə ələ keçirməyə göndərəcək.Belə demək mümkünsə,Vardanyan üçün Xankəndidəki “dövlət naziri”postu daha çox trampilin xarakteri daşıyırdı.Vardanyanın “dövlət naziri”postundan uzaqlaşdırılması o deməkdir ki,artıq Qarabagda yaşayan ermənilər də Bakının proseslərə gücünün artdıgını,Rusiyanın heç də onları sona qədər müdafiə etməyəcəyini dərk etdilər.Bu nöqteyi-nəzərdən,Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyir ki,hazırda danışıqların gündəliyini Azərbaycan diqtə edir.Vardan Oskanyanın fikirincə,Zəngəzur dəhlizi,anklavlar,sərhədlərin demorkasiyası və delimitasiyası Azərbaycanın gündəmidir.Oskanyanın dediklərindən belə hasil olur ki,Ermənistanın danışıqlar prosesindı manevr imkanları zəifdir və onun öz gündəmi yoxdur.
Eyni zamanda,Ermənistanın xarici işlər naziri Azərbaycan tərəfinin Münxen Təhlükəsizlik Konfransında Azərbaycan tərəfindən irəli sürülən sərhəd buraxılış mıntəqəsi təklifinə də mənfi cavab verib.
Görünür,problemin həlli üçün son dövrlər yaranan unikal imkandan Ermənistan hökuməti faydalanmaq istəmir.
İndiki mərhələdə ortaya maraülı sual çıxır:Vardanyanın gedişindən sonra Azərbaycan tərəfi Qarabag erməniləri ilə danışıqlar prosesinə start verəcəkmi?
İlhamƏliyevin dediyinə görə,onun hökuməti Qarabag erməniləri ilə təmaslara hazırdır.Belə olan təqdirdə,Bakı Qurgen Nersisyanlamı müzakirə aparacaq? Çünki,Nersisyan həm Qarabag ermənisidir,həm də Paşinyanla yaxın əlaqələrə malikdir.Orta isə Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə baglı məxvi sənədin varlıgından söhbət açılır.Güman edirəm ki,Bakı Qarabagdakı ermənilərin təhlükəsizliyi məsələsində beynəlxalq mexanizmin yaradılmasına razılıq verə bilər.Mümkündür ki,ATƏT və ya başqa bir beynəlxaq təşkilat Qarabagda gələcəkdə iki icma arasında münasibətlərin yaxşılaşmasında öz töhvəsini versin.
Azərbaycan üçün əsas məqsəd Qarabagda ölkə qanunlarının işləməsi,ərazi bütövlüyümüzün tanınmasıdır.
Zənnimcə,Paşinyan hökuməti də gələcək sülh sazişinin mətnində Azərbaycanın haqlı tələblərini qəbul etmək mıcburiyyətində qalacaq.O ki qaldı Yuxarı Qarabag ərazisindəki rus sülhməramlılarına,onlar 2025-ci ildə Azərbaycan ərazisinibtərk etməlidirlər.Hər halda,2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razıılaşmada belə yazılıb.
Kamal Aliyev
Kamal Aliyev: Vardanyan getdi, Nersisyan gəldi Bakı bundan sonra hansı addımları atacaq?
273 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.