KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Vardanyan getdi, indi nə olacaq?

Kamal Aliyev: Vardanyan getdi, indi nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
192 0

-Beləliklə,Xankəndidəki tanınmamış adminstrasiyanın rəhbəri Araik Arutyunyan “dövlət naziri”Ruben Vardanyanı vəzifəsindən azad etdi.Bundan sonra Vardanyanın vəzifəsini separatçı rejimin baş prokuroru Qurqen Nersisyan tutacaq.R.Vardanyan ötən ilin sentyabrında Qarabaga gəlmişdi və iki ay sonra A.Arutyunyan onu “dövlət naziri”təyin etmişdi.

-Azərbaycanlı eko-aktivistlərin 73 gündür Laçın yolunda davam etdirdiyi aksiyanın pozitiv nəticəsini Vardanyanın istefaya göndərilməsində görmək mümkündür.Vardanyan heç bir halda Azərbaycanla uzlaşmaya yanaşmırdı və daha çox müharibə ritorikasından istifadə edirdi.Artıq bundan sonra Vardanyan daha çox “mədəni ölü”mahiyyəti daşıyan siyasi fiqurdur.

-Vardanyanın v əızifədən uzaqlaşdırılmasında təkcə prezidenti İlham Əliyev və yaxud Ermənistanın baş naziri Nikol Paşinyan deyil,həm də Qərb də maraqlı idi.Fərz edirəm ki,Münxan Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenin Əliyev və Paşinyanla keçirdiyi üçtərəfli görüşdə Vardan məsələsi də müzakirə olunmuşdu.Görünür,ABŞ və Avropa İttifaqı da Rusiyanın Qarabaga ixrac etdiyi Vardanyandan narahat idi.

-Ruben Vardanyanın mövcudlugu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoglunun ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşdə də müzakirə mövzusu olub.Çavuşoglu Mirzoyanın vasitəsilə Paşinyana xəbər göndərmişdi ki,Vardanyanın mövcudlugu problemləri həll etmək əvəzinə daha da böyüdür.

-Vardanyanın “dövlət naziri”postundan uzaqlaşdırmasından eyni zamanda erməni baş nazir Nikol Paşinyan da qazanclı çıxdı.Çünki Vardanyanın münasib momentumda Paşinyanın yerinə Ermənistanda hökumətin başına gətirilməsi Moskvanın planı idi.Belə qənaətə gəlmək olar ki,Paşinyan hakimiyyəti bundan sonra bir az da rahat nəfəs ala biləcək.

-Faktiki olaraq,Ruben Vardanyanın yola salınmasından Azərbaycan prezidenti İlham Əliyev də uduşlu çıxdı.Əliyev ən son Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel görüşdə də bəyan etmişdi ki,onun hökuməti Qarabag erməniləri ilə təmaslara hazırdır,ancaq başqalarının göndərdiyi adamla(Vardanyanı nəzərdə tuturdu)danışıqlar olmayacaq.Göründüyü kimi,Əliyev də istədiyinə nail oldu.

-Rusiyanın xarici işlər naziri Sergey Lavrov həftəsonu Azərbaycana səfər edəcək.Digər tərəfdən,ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prayz deyib ki,Azərbaycan və Ermənistan arasında yüksək s əıviyyəli danışıqlar yaxın günlərdə davam etdiriləcək.Bu,o demək olur ki,ötən il yarımçıq qalmış Brüssel Formatı bərpa olunur.Güman edirəm ki,Paşinyan da Brüsseldə keçiriləcək danışıqlarda Fransa prezidenti Emanuel Makronun iştirakında israrcı olmayacaq.
Göründüyü kimi,Qərb Bakı və Yerevan arasında dialoqun davam etdirilməsində maraqlıdır.Lavrovun səfərinə gəldikdə,Moskva daha çox təlaşlı görünür və mümkündür ki,yaxın tarixdə Putin-Əliyev-Paşinyan görüşünün keçiriləcəyinin təqvimini elan etsin.

-2023-cü il Qarabag probleminin siyasi həlli,sülh sazişinin imzalanması istiqamətində diplomatik aktivliyin intensivləşəcəyinin şahidi olacagıq.Həm Qərb,həm də Rusiya təşəbbüskarlıgı əldən verməmək üçün daha aktiv olacaqlar.Lavrovun Bakıda edəcəyi açıqlamalardan sonra müəyyən nəticələrə gəlmək mümkündür.Gözləyək…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir