KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: V.Putinin Mərkəzi Asiyada məqsədi nədir?

Kamal Aliyev: V.Putinin Mərkəzi Asiyada məqsədi nədir?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
402 0

Bu gün Mərkəzi Asiyanın ən böyük dövləti,iqtisadi gücü olan Qazaxıstanda baş verənləri seyr edəndə,insan istər-istəməz düşünür ki,Rusiya prezidenti V.Putinin görəsən budəfəki planları,ambisiyaları nədir…

Rusların Mərkəzi Asiyaya ayaq açması 1869-cı illərə təsadüf edir.Elə o zamandan Qazaxıstanın böyük hissəsini ələ keçirən Çar Rusiyası regionu sosial-iqtisadi,etno-mədəni cəhətdən müstəmləkələşdirməyə başladı.Hətta 1917-ci ildə Türmənistan regionuna 1,5 milyon rus köçürülmüşdü.1959-cu ildə Mərkəzi Asiyanın 25 milyonluq əhalisinin 10 milyonundan çoxu ruslar idi.

Ümumiyyətlə,Mərkəzi Asiyanın Rusiya tərəfindən müstəmləkə tarixi təxminən 150-160 ildir.Rusiyanın Mərkəzi Asiya siyasətinin fundamental hədəfi bacardıqca bu regionu öz siyasi və iqtisadi orbitindən uzaqlaşmasına imkan verməmək,regiondakı respublikaları satellitə,öz mallları üçün ticarət obyektinə çevirməkdir.

Bütün bunlara rəgmən,kremlin vaxtaşırı Mərkəzi Asiyada problemləri də yaranıb.Məsələn,bir müddət əvvəl Türkmənistan xarici siyasət kursunda neytrallıgını bəyan etdi.
Əlbəttə,bu Putini ciddi narahat edir.Daha sonra Türkmənistan prezidenti Q.Berdimuhammedov ölkəsinin Türk Dövlətləri Təşkilatında(TDT) müşahidəçi kimi üzv olmasını təmin etdi.

Təbii ki,Berdimuhammedovun bu hərəkəti kremli qəzəbləndirdi.Putin düşünür ki,necə ola bilər ki,Aşqabad onun KTMT və Avrasiya İttifaqında nə tamhüquqlu üzv və müşahidəçi kimi təmsil olunmaq istəmir,ancaq Ankaranın orbitindəki TDT-də təmsil olunur.Bu baxımdan istisna etmirəm ki,bu gün Qazaxıstanda baş verənlər sabah Türkmənistanda yaşanmayacaq.

Digər tərəfdən,Qazaxıstanın keçmiş lideri (El başı)vaxtaşırı qeyri-rəsmi kanallar vasitəsi ilə anti-Rusiya təbligatı aparıb,kiril əlifbasından latın qrafikasına keçidi həyata keçirib,rusların ehmalca şəkildə dövlət vəzifələrindən kənarlaşdırılmasını təmin edib,rus mədəniyyətinin qismən neytrallaşdırılmasına nail olub.Lakin N.Nazarbayevin 30 ildən çoxdur lideri oldugu Nur-Otan partiyası ilə yürütdüyü basqıcı,avtoritar siyasət ona gətirib çıxardı ki,qəzəbli kütlə onun heykəllərini aşırır,hətta “nazarbayevizm”ə son qoymaq istəyir.

Kremlin isə Mərkəsi Asiyada aşagıdakı maraqları var…

1)Kreml KTMT vasitəsilə bu regiona özəl hərbi-siyasi maraq göstərir.Yadınızdadırsa,Özbəkistan 2012-ci ildə KTMT-ni tərk etdi.Bu,kreml üçün əməlli-başlı “soyuq duş”idi.Buna baxmayaraq,Şafkat Mirziyoyevin hökuməti”netrallıgını”qoruyaraq,KTMT-nin sin iki təlimində iştirak edir.Çin maksimum çalışır ki,Mərkəzi Asiyadakı respublikaların daxili işlərinə qarışmasın.Ancaq Pekinin regionda artan iqtisadi aktuvliyi Moskvanı narahat edir.Həm Moskva,həm də Pekin Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatı(ŞİƏT)çərçivəsində fəaliyyətə üstünlük verirlər və əsla istəmirlər ki,Mərkəzi Asiyada ABŞ-ın hərbi bazaları olsun.

2)Rusiya Mərkəzi Asiyadakı dominant avtoritar rejimləri dəstəkləyir və iqtisadi və milli biznesin nümayəndələri ilə də iş aparmaqdadır.Rusiya bu elit qrupların toxunulmazlıgını qoruyur.Təssəvvür edin ki,Qazaxıstanın hazırkı prezidenti K.C.Tokayevin Rusiyada böyük biznes şəbəkəsi var.

3)Rusiya onun fərqindədir ki,ABŞ,Çin və Türkiyənin regiona nüfuz etməsinin qarşısını almaq olduqca çətindir.Və bunun qarşısını almaq üçün Mərkəzi Asiyanı həm KTMT,həm də Avrasiya İttifaqı formatında bir-birinə pərçimləyirvə onları öz orbitindən kənara çıxmaga imkan vermir.Kreml qorxur ki,Türk Dövlətləri Təşkilatı gələcəkdə hərbi aliyansa çevrilər.Rusiya bundan ehtiyyat edir və düşünür ku,TDT əslində qərbin proyektidir.Təsadüfü deyil ki,N.Nazarbayevin vaxtında Qazaxıstan və Türkiyə arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

4)Rusiyaya görə,hər il Əfqanıstandan tonlarla narkotik maddə Mərkəzi Asiya üzərindən bu ölkəyə daşınır.Rusuya bu narkotrafikin qarşısını almaq istəyir.Narkotikadan əldə olunan pullar daha sonra”yuyulur”və iqtisadi sektora investisya kimi yatırılır.Hər il Mərkəzi Asiyadan Rusiyaya 70-80 ton əfqan heroini daxil olur və burada 3 milyon narkomanın oldugu təxmin edilir.Əslində,Mərkəzi Asiyanın bəzi ərazilərində çətənə və xaşxaşın yetişdirilməsi kənd camaatı üçün münbit gəlir mənbəyidir.Rusiyanın Qazaxıstan və Qırgızıstanla sərhədləri o qədər uzundur ki,buraya nəzarət etmək çətindir.Və bu,narkoticarət üçün əlverişlidir.

5)Rusiya və Mərkəzi Asiya respublikaları arasında həm qanuni,həm də qeyri-qanuni miqrasiya axını mövcuddur.Təbii ki,bunu tənzimləmək istəyi də yoxdur.Bu gün Rusiyadakı miqrantların 50%-dən çoxu Mərkəzi Asiyadan gəlir və bunlar eyni zamanda ucuz işçi qüvvəsidir.Hal-hazırda Rusiyada 2-2,5 milyon özbək,1 milyon qırgız,1-1,5 milyon da tacik işləyir.Bu respublikaların ÜDM-nin 20-50%-ni miqrantlardan gələn profitlər təşkil edir.
Miqrasiya elə bir şeydir ki,bu,Mərkəzi Asiya respublikalarını keçmiş metropoliya ilə birləşdirir,xalqlar arasında təması,əməkdaşlıgı stimullaşdırır.Miqrasiya həm də rus dilinin yayılmasına da təkan verir.
Lakin Mərkəzi Asiyadan gələn miqrantlar Rusiyaya həm də problemlər gətirir…

A)İslam kimliyi möhkəmlənir,provaslav regionlar tədricən islamlaşır.

B)Radikal islamçı qruplar(vəhhabilər)təbligat aparırlar və bu da dini ektremizmə rəvac verir.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton deyirdi ki,Putin MDB,KTMT,Aİ kimi təşkilatların vasitəsilə SSR-ni qurmagı xəyal edir.Qərbin siyasi elitası isə bunun Rusiya imperiyasının axırına çıxacagını bəyan edirdi.
Ancaq reallıq budur ki,son illərdə nə qərbin,nə də kremlin hədəfləri reallaşmayıb.Yəni,Rusiya nə parçalanmayıb,nə də Avrasiya İttifaqını tam istədiyi formatda yarada bilməyib.Rusiya Tacikistanda,Qırgızıstanda və Qazaxıstanda öz hərbi mövcudlugunu ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra da gücləndirməkdə davam edir.Və mənə elə gəlir ki,Rusiya hətta dünya müharibəsi bahasına başa gəlsə də,Mərkəzi Asiyanı əldən verməmək naminə dirənəcək.
Bu arada,məşhur politoloq,strateq Zbiqnev Bjezinskinin bir cümləsini xatırlatmaq yerinə düşər.O,deyirdi ki,Rusiya Mərkəzi Asiyanı xarici qüvvələrdən neytrallaşdırmaq siasi cəhətdən çix zəif,regionun özünü iqtisadi cəhətdən inkişaf etdirməsi üçün çix kasıbdır.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir