Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Naşi Partiyasının lideri Yevgeni Murayevin “Naş”telekanalına qarşı 5 illik sanksiya tətbiq edib.
Adı çəkilən kanal Ukrayna üçün həssas olan bir dövrdə təxribatla məşguldur;Donetsk və Luqansk separatçılarının liderlərini canlı olaraq efirə baglayır,bütün problemlərin əsas baiskarı kimi prezident Zelenskini görür,Rusiyayönümlü media siyasəti aparır.
Murayev dünən Xarkovda keçirdiyi etiraz aksiyasında “Naş”telekanalının fəaliyyətinin dayandırılmasını Zelenskinin “son səhvi”adlandırıb.Ancaq bu yaramaz az qala separatçı Donetsk Xalq Respublikasının lideri Denis Puşilini efirə çıxarsın.Axı buna ehtiyac yoxdur,çünki Salavyov hər gün separatçı Puşilini dövlət radiosunda 4-5 danışdırır,onun dili ilə Ukrayna hökumətini “faşist”adlandırır.
Denis Puşilin düşünün ki,Ukraynanın Arayik Arutyunyanıdır.Axı bu adamın murdar,separatçı fikirlərini niyə bir Ukrayna TV-si yaymalıdır?
Bundan başqa,Ukrayna hökuməti Kremlin adamı,Həyat Ugrunda(OPZZh)partiyasının lideri,Ali Radadakı müxalifətçi qüvvələrin rəhbəri Viktor Medvedçukun da telekanallarının yayımını qadagan edib.
Medvedçukun 112,ZİK,və NewsOne kanalları illərdir Rusiyanın Ukraynadakı propaqanda vasitələridir.
V.Medvedçuk isə hazırda vətənə xəyanətdə ittiham olunaraq ev həbsinə məhkum olunub.
Kamal Aliyev Kafkassam