KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Ukraynadakı müharibədə Rusiyanın növbəti taktikası nə olacaq?

Kamal Aliyev: Ukraynadakı müharibədə Rusiyanın növbəti taktikası nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
372 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin mediasına açıqlamasında bəyan edib ki,onların Ukraynadakı hədəfləri “DNR”və “LNR”ilə məhdudlaşmayacaq.Lavrova görə,Qərbin Ukraynaya ən müasir silah-sürsat tədarükü,xüsusilə,HİMARS sistemlərinin verilməsi onların Rusiyanın taktikasını dəyişdirməsinə səbəb olub.

Əslində,Rusiyanın Ukraynada strategiyası başından bəri Zelenski hökumətini devirmək,onun yerinə Kremldən idarə olunan kukla(puppet)rejim qurmaq idi.Xatırlayırsınızsa,rus ordusunun hərbi texnikasını və əsgərlərini daşıyan avtomobil karvanı paytaxt Kiyevin həndəvərinə yaxınlaşmışdı.Daha sonra isə Ukrayna ordusunun əzmkar müqaviməti Kremlin hədəfini dəyişdirməsinə səbəb oldu və ruslar geri çəkilmək məcburiyyətində qaldılar.
Ümumilikdə Rusiyanın Ukaynadakı geosiyasi hədəfləri dəyişilməz olaraq qalır.

İndiki mərhələdə ruslar Luqansk bölgəsini tam ələ keçiriblər.Görünür,bundan sonrakı etapda işgalçı rus ordusunun növbəti hədəfi Xarkov regionu olacaq.Dogrudur,Lavrov deyir ki,onlar Xersonu və Zaporojiyeni tam ələ keçirmək istəyirlər,lakin bu,diqqəti yayındırmaq üçün bir taktika da ola bilər.
Reallıqda isə Rusiyanın gözü Dnepr çayının şərqi və Qara dənizdə olduqca vacib geostrateji əhəmiyyətə malik Odessaya yiyələnməkdir.Odessanı işgalı Ukraynanın Qara dənizlə vidalaşması anlamına gəlir və bu hövzə sanki rus hövzəsinə çevrilir.

Qarşıdan gələn payız və qış aylarında Ukraynada müharibənin daha qanlı və həlledici mərhələyə qədəm qoyacagını proqnozlaşdırmaq olar.Rusiya bunun üçün enerji silahından və ərzaq böhranından istifadə edəcək.Hər nə qədər V.Putin Ukrayna limanlarındakı taxılın ixracına qarşı olmadıgını desə də,əslində o,süni ərzaq böhranı yaratmaqla Qərbə təzyiqlərinin dozasını daha da artacaq.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir